• Ölkəmizə GMO məhsullar gətirilirmi?

Reseptin məlumatları Baxış sayı: 11 244

Tarix : 26-02-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Son bir ildə Azərbaycanda Genetik Modifikasiya Olunmuş (GMO) bitkilərin becərilməsi və onlardan istifadə olunması məsələsi KİV-də geniş müzakirə olunur və idxal olunan istənilən yeni bitki sortları “GMO” sayılır. Halbuki bunu sübut edəcək heç bir elmi araşdırma aparılmayıb. Azərbaycan Genetik modifikasiya olunmuş Bitkilər üzrə Ekspert Şurasının Azərbaycanda apardığı monitorinqlər nəticəsində də GMO bitkilər aşkar edilməyib. Bununla belə, Azərbaycana idxal olunan bitki və bitkiçilik məhsulları, o cümlədən də əkin materialları Dövlət Fitosanitar Nəzarəti Xidmətinin xüsusi icazəsi (İdxal Karantin İcazəsi) əsasında həyata keçirilir. İxracatçı ölkələr qarşısında Azərbaycanın tələblərindən biri də, ölkəyə gətirilən əkin materiallarının GMO olmamasıdır.

Genetik məhsullardan istifadə edərkən görmə zəifliyir, sinir psixoloji amillərin pozulmasına, yaddaşın zəifləməsinə, iştahasızlıq, köpmə kimi problemlərə yol açır. O cümlədən, sümük boşluğu xəstəliyi də baş verir. Təbii meyvələrin toxumlarında E vitamini nəsil artırma qabiliyyətini gücləndirir. Ancaq geni dəyişmiş meyvələrdə belə vitamin yoxdur.
Etiketlər: Genetik, cümlədən, olunan, bitki, istifadə, idxal, Azərbaycanda, edərkən, məhsullardan, materiallarının, görmə, olmamasıdır, zəifliyir, amillərin, psixoloji, sinir, gətirilən, əsasında, Azərbaycanın, qarşısında
BİZİ İZLƏYİN