• İnfeksiyalardan qoruyan 3 təbii məhsul

Reseptin məlumatları Baxış sayı: 11 188

Tarix : 1-03-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Bu 3 qida maddəsi soyuqlama, qrip və uçuq kimi infeksiyaların səbəb olduğu sağlamlıq problemlərinə qarşı immunitet sistemini gecləndirir.

Yumurta sarısı
Xolesterol nisbəti yüksək olduğu üçün istifadəsindən qaçılan yumurta sarısının tərkibində yüksək səviyyədə protein mövcuddur və immunitet sistemini gücləndirir. Tərkibindəki selenium və sink də immuniteti qüvvətləndirən maddələrdir.

Hindistan qozu yağı
Hindistan qozu yağı tərkibində olan laurik turşusu, antimikrob, antifungal (göbələk əleyhinə) və antioksidant xüsusiyyətləri ilə tanınır. Bədənimiz laurik turşusunu qəbul edərək ondan uçuq, qrip, soyuqlama və hətta HİV kimi sağlamlıq problemlərinə səbəb olan virus və bakteriyalara qarşı da effektiv şəkildə istifadə edir. Tərəvəzlərinizi bişirən zaman yeməklərə biraz bu məhsuldan əlavə etsəniz, faydasını mütləq görərsiniz.

Sarımsaq
Sarımsaq immunitet sistemini gücləndirən ən faydalı qidalardan biridir. Tərkibindəki allisin maddəsi sarımsağa kəskin qoxu verir. Bu maddənin antibakterial və antiviral (antivirus) xüsusiyyətləri mövcuddur. C vitamini ilə qəbul olunduqda daha çox təsirli olur. Sarımsaqdakı allisin dərmanlara müqavimətli olan bəzi bakteriya və viruslara qarşı olduqca təsirlidir. Həftədə 2-3 dəfə yeyildikdə qalın bağırsaq xərçənginə qarşı qoruduğu müəyyən olunub.
Etiketlər: qarşı, immunitet, sistemini, tərkibində, maddəsi, mövcuddur, qəbul, Hindistan, laurik, xüsusiyyətləri, allisin, Tərkibindəki, yüksək, Sarımsaq, problemlərinə, səbəb, soyuqlama, olduğu, sağlamlıq, sarımsağa
BİZİ İZLƏYİN