• Tut doşabı nə ilə xeyirlidir?

Reseptin məlumatları Baxış sayı: 4424

Tarix : 6.03.2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Doşab çox qiymətli müalicəvi məhsuldur.
Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.
Tut doşabı ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur.
Doşab güclü iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı doşab çox yaxşı kömək edir - xəstənin ümumi vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır.
Öskürək zamanı da doşab çox yaxşı kömək edir - bəlğəmi duruldur və bəlğəmin çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edib xəstəyə vermək lazımdır.
Doşab immun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir. Xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün doşab xüsusilə xeyirlidir.
Kalium və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsinə müsbət təsir edir, ödemləri azaldır.
Doşab qara ciyərin dostudur. Doşab qara ciyərin sağlamlığına çox müsbət təsir edir - qara ciyəri möhkəmləndirir, ödqovucu təsir edir.
Belə hesab olunur ki, doşab kişilərdə potensiyanı gücləndirir.
B qrupu vitaminlərlə zəngin olan doşan insanın sinir sisteminə də müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Güclü əqli və fiziki yorğunluğu zamanı doşabın qəbulu çox xeyirlidir.
Profilaktika məqsədi ilə və immuniteti möhkəmləndirmək üçün doşabı hər gün acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Böyüklər 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edə bilərlər. Müalicəvi vasitə kimi istifadə etdikdə bu doza artırılır.
Nəzərinizə çatdıraq ki, doşab allergiyaya səbəb ola bilər.

Etiketlər: doşab, təsir, zamanı, Doşab, qaşığı, kömək, olunur, doşabı, müsbət, istifadə, ümumi, mübarizə, səbəbdən, məqsədi, yaxşı, etmək, xörək, ciyərin, xeyirlidir, möhkəmləndirir
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica