• Həftədə neçə dəfə ət yemək olar?

Reseptin məlumatları Baxış sayı: 3409

Tarix : 14.03.2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Ət insan orqanizmi üçün həyati vacib olan züllların mənbəyidir.
Zülallar orqanizmin əsas tikinti materialıdır. Bu səbəbdən zülallar orqanizmə lazım olan miqdarlarda daxil olmadıqda, bu bir çox sistem və orqanlarda pozulmalara yol açır. Zülalların çatışmazlığı immun sistemini zəiflədir.
Digər çox vacib məsələ. Orqanizm üçün ən vacib maddələrdən biri olan dəmir də digər məhsullarla müqayisədə ətdən qat-qat yaxşı mənimsənilir. Dəmir hemoqlobinin tərkibinə, hemoqlobin isə qanın qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibinə daxildir. Eritrositlərin əsas funksiyalardan biri orqanizm boyu oksigenin daşınmasıdır. Bu funksiyanı hemoqlobin yerinə yetirir. Orqanizmdə dəmir çatmırsa, bu funksiya pozulur. Bu isə dəmirdefisitli anemiyaya səbəb olur.
Zülallar və dəmirdən əlavə ətdə müxtəlif digər orqanizm üçün çox vacib olan maddələr var - vitaminlər (A, D, E, B qrupu), minerallar (kalium, fosfor, maqnezium, mis, kalsium, sink, yod və s.), yağlar, karbohidratlar və s.
Beləliklə, ətdən biz orqanizm üçün çox vacib maddələri alırıq.
Lakin alimlərin son araşadırmaları sübut edir ki, ətin həddindən artıq çox miqdarda qəbulu orqanizm üçün ziyanlıdır. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı qırmızı əti kanserogen (xərçəng əmələ gətirən) maddə kimi qəbul etdi. Alimlərin fikirinə görə, ətin çoxlu miqdarlarda qəbulu həzm sistemi xərçənginin riskini xeyli artırır.
Həkimlərin fikirinə görə, qırmızı əti (mal, dana, qoyun əti) həftədə 2-3 dəfə yemək kifayətdir. 1 porsiya 100-150 qr olmalıdır. Ət suda və ya buğda bişirilməlidir (qızardılmış şəkildə olmaz).

Etiketlər: vacib, orqanizm, qırmızı, hemoqlobin, fikirinə, tərkibinə, qəbulu, ətdən, digər, dəmir, lazım, miqdarlarda, Zülallar, miqdarda, artıq, müxtəlif, həddindən, kalium, minerallar, maddələr
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica