• Orqanizmi qurdlardan təmizləyən 3 MƏHSUL

Reseptin məlumatları Baxış sayı: 11 420

Tarix : 27-03-2017, 09:00

Bölmə : Qidalanma qaydaları


Qurd xəstəlikləri bütün dünyada çox yayılmış xəstəliklərdir.
İnsan orqanizminə düşdükdə qurdlar müxtəlif pozulmlara səbəb olur - immun sistemini zəiflədir, orqanizmi zəhərləyir, müxtəlif vitamin və mineralların defisitinə səbəb olur, həzm proseslərini pozur, allergik reaksiyalara, dəridə müxtəlif səpgilərə səbəb olur və s.
Qurdlarla mübarizə etmək üçün xüsusi dərman preparatları mövcuddur. Bu preparatları yalnız həkim müayinə və analizlərdən sonra təyin edə bilər.
Maraqlıdır ki, bəzi məhsullar da qurdqovucu təsirə malikdir və qurdlarla mübarizədə çox yaxşı müalicəvi və profilaktik effekt verir. Bu məhsullar arasında:

1. Sarımsaq
Sarımsağın tərkibində xüsusi "allisin" adlı maddə var. Bu maddə qurdun orqanizmində gedən metabolizm proseslərini dayandırır ki, nəticədə qurd məhv olur.

2. Balqabaq tumları
Qurdlar bağırsaqların daxili divarlarına "ağzı" ilə bərkidilir və bunun nəticəsində burada uzun müddət ərzində yaşaya bilirlər. Balqabaq tumlarının tərkibində olan maddə qurdların əzələlərini iflic edir ki, qurdlar bağırsaqlara yapışa bilmir və buradan mexaniki olaraq xaric olunur.

3. Ananas
Ananasın tərkibinə bromelayn maddəsi daxildir. Bromelayn çox güclü fermentdir. Bromelayn qurdların zülal strukturlarını və qişalarını əridir. Daha sonra isə insanın mədəaltı vəzi fermentləri bu prosesi davam etdirir və qurdlar həll olunur və bağırsaqlardan xaric olunur.
Etiketlər: səbəb, müxtəlif, qurdlar, olunur, maddə, xaric, proseslərini, sonra, Balqabaq, tərkibində, məhsullar, qurdların, Bromelayn, preparatları, xüsusi, burada, nəticəsində, bunun, bərkidilir, müddət
BİZİ İZLƏYİN