• Arıqlamağa kömək edən, orqanizmi təmizləyən qızıl yarma

Reseptin məlumatları Baxış sayı: 5034

Tarix : 28.03.2017, 19:00

Bölmə : Qidalanma qaydaları


Qədimdə darı yarması çox populyar idi. Təəssüf ki, hal hazırda bu faydalı müalicəvi məhsul az istifadə olunur.
Darı yarması çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində müxtəlif vitaminlər (B, A, E, PP), minerallar (dəmir, maqnezium, kalium, kalsium, ftor, mis), aminturşuları, zülallar var.
Darı yarması qidalı liflərlə zəngindir. Bu liflər həzm olunmur. Bağırsaqlara düşdükdə liflər şişir və burada yığılan ziyanlı maddələri (toksinlər, şlaklar, ağır metalların duzları və s.) özünə hopduraraq çölə çıxardır. Bu isə orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə, dərinin, saçların vəziyyətinin yaxşılaşmasına kömək edir.
Bəzi alimlərin fikirinə görə, darı yarması orqanizmdən dərmanları (xüsusilə antibiotikləri) xaric etməyə kömək edir. Bu səbəbdən tez-tez dərmanlar qəbul edən insanlar qidalanmasına bu yarmanı daxil etməlidir.
Darı yarması müalicəvi məhsul sayılır. Darı yarması ürək-damar sistemi üçün çox faydalıdır - qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun inkişafının qarşısını alır.
Darı yarması arıqlamağa kömək edir və pəhriz zamanı uğurla istifadə oluna bilər. Bu yarma tez toxluq hissi yaradır və insanı uzun müddət tox saxlayır. Bundan əlavə darı yarması orqanizmdə piylərin yığılmasının qarşısını alır. Təbii ki, pəhriz saxladıqda darı yarmasını yağsız bişirmək lazımdır. Dadını yaxşılaşdırmaq üçün sıyığa bir qədər kişmiş, ərik qurusu, qoz-fındıq əlavə etmək olar.
B qrupu vitaminləri ilə olduqca zəngin olan darı yarması sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, stresi azaldır.
Darı yarması qaraciyər üçün faydalıdır.
Darı yarmasından dadlı və faydalı sıyıq hazırlamaq üçün 1 stəkan darı yarması üçün 2 stəkan su və 2 stəkan süd götürülür. Əvvəl yarma yaxşı yuyulur və suda su azalana qədər bişirilir. Daha sonra süd əlavə olunur və hazır olanana qədər bişirilir. Sonda duz, şəkər tozu, yağ əlavə olur.

Etiketlər: yarması, əlavə, qədər, stəkan, kömək, liflər, qarşısını, pəhriz, zəngin, yarma, bişirilir, olunur, faydalı, faydalıdır, məhsul, müalicəvi, istifadə, bişirmək, orqanizmdə, Bundan
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica