• Qanazlığı zamanı çox faydalı

Reseptin məlumatları Baxış sayı: 3457

Tarix : 31.03.2017, 10:00

Bölmə : Qidalanma qaydaları


Qanazlığının yüngül formalarında pəhrizə müəyyən dəyişikliklər etməklə bu pozulmanı asanlıqla müalicə etmək mümkündür.
İlk növbədə qidalanmada dəmirlə zəngin olan qidaların miqdarını artırmaq lazımdır. Söhbət əsasən ət məhsullarından gedir.
Bundan əlavə qanın tərkibini yaxşılaşdırmaq üçün pəhrizinizə qoz-fındıq, bal, albalı, alma, çuğundur, qarabaşaq, xurma kimi məhsulları tez-tez daxil edin.
Sizə qanazlığı zamanı yaxşı kömək edən çox faydalı qarışığın reseptini təqdim edirik.
200 qr badam, 300 qr xurma, 200 qr təbii bal götürülür. Xurma və badam yaxşı yuyulur və qurudulur, xurmanın çəyirdəkləri çıxarılır. Xurma və badamı blenderlə yaxşı əzin, bal əlavə edin, yaxşı qarışdırın. Hər gün bu dadlı qarışıqdan 1 xörək qaşığı olmaqla qəbul edin.
Badam, xurma və bal qanyaratma sistemi üçün faydalı olan bir çox maddələrlə (mis, dəmir, fol turşusu və s.) zəngindir.

Etiketlər: yaxşı, xurma, Xurma, badam, əlavə, faydalı, xurmanın, təbii, götürülür, qurudulur, yuyulur, təqdim, kömək, zamanı, qarışığın, reseptini, çəyirdəkləri, edirik, çıxarılır, sistemi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica