• Ədviyyatlar xərçəngdən qoruyur

Reseptin məlumatları Baxış sayı: 12 311

Tarix : 1-04-2017, 09:00

Bölmə : Qidalanma qaydaları


Bütün dünyada ədviyyatların orqanizmə olan müalicəvi təsiri çoxdan sübut olunub.
Ədviyyatlar antioksidant maddələrlə zəngindir. Həkimlər tez-tez təkrarlayır ki, 1 çimdik ədviyyatlarda olan antioksidantlar 1 boşqab meyvə və ya tərəvəzdə daha çoxdur.
Antioksidantlar orqanizmdə gedən qocalma prosesləri ləngidir, bərpa prosesləri sürətləndirir, cavanlığı və sağlamlığı qoruyur, bir çox xəstəliklərin profilaktikasında əsas rollardan birini oynayır.

Ədviyyatların insan sağlamlığı üçün faydaları arasında:
- Qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır. Damarlarda yığılan "pis" xolesterin ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir. Sarıkök və darçın xüsusilə güclü xolesterin əleyhinə təsirə malikdir.
- İltihabları müalicə edir. Zəncəfil, mixək, darçın ən effektli iltihabəleyhinə ədviyyatlardır. Onlar qan dövranını sürərləndirir, orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, orqanizmin daxili imkanları səfərbər edir ki, nəticədə iltihab daha tez keçir.
- Ağrıları azaldır. Bir çox ədviyyatlar bu təsirə malikdir. Məsələn, zəncəfil menstruasiya ağrıları, vanil, darçın baş ağrıları, istiot əzələ və oynaq ağrıları xeyli azaldır.
- Arıqlamağa kömək edir. Ədviyyatlar mübadilə prosesləri stimullaşdırır. Bu isə daha tez arıqlamağa kömək edir.
- Hormonal fonu tənzimləyir. Zəfəran qadin cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual dövrünün tənzimlənməsinə kömək edir, klimaks zamanı qadının vəziyyətini yaxşılaşdırır.
- Xərçəngdən qoruyur. Sübut olunub ki, ədviyyatlarda olan antioksidantlar güclü xərçəngəleyhinə təsirə malikdir. Alimlər ədviyyatları xərçəngin profilaktikası məqsədi ilə istifadə etməyi tövsiyə edirlər.
Beləliklə, sağlamlığınızı və cavanlığınızı qorumaq istəyirsinizsə, ədviyyatlardan daha tez-tez istifadə edin.
Etiketlər: kömək, təsirə, malikdir, darçın, güclü, prosesləri, ağrıları, xolesterin, ədviyyatlarda, antioksidantlar, azaldır, sağlamlığı, istifadə, Ədviyyatlar, olunub, orqanizmə, təsir, qoruyur, istiot, arıqlamağa
BİZİ İZLƏYİN