• İnsult, ürək xəstəlikləri və diabetdən xilas edən məhsullar

Reseptin məlumatları Baxış sayı: 2 435

Tarix : 14-05-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Orqanizmdə mikrodozalarda olan bir çox minerallar orqanizmin fəaliyyətinə çox böyük təsir edir. Bu minerallardan biri maqneziumdur.
Maqnezium ürəyi qoruyur, qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, ağciyərin fəaliyyətini tənzimləyir, qlükozanın mübadiləsində və insulinin ifrazında iştirak edir.
Böyük Britaniya alimləri araşdırmalar nəticəsində sübut ediblər ki, maqneziumla zəngin olan məhsullar orqanizmi ürək xəstəliklərindən, insultdan və diabetdən qoruyur.
Həmçinin alimlərin fikrinə görə, miqren, əsəbilik, depressiya, yorğunluq kimi pozulmalar da orqanizmdə maqneziumun çatışmazlığı ilə bağlıdır.

Maqneziumla zəngin olan məhsullar bunlardır:
- tünd şokolad
- kahı, ispanaq, turşəng
- qoz-fındıq
- günəbaxan, balqabaq tumları
- qəhvəyi düyü, arpa, yulaf
- lobya, mərci
- banan
- meyvə quruları
- avokado.

Alimlər maqneziumla zəngin olan qidaları rasionda artırmasını tövsiyə edirlər.
Etiketlər: zəngin, maqneziumla, qoruyur, məhsullar, çatışmazlığı, maqneziumun, bağlıdır, ispanaq, bunlardır, şokolad, Maqneziumla, pozulmalar, miqren, fikrinə, əsəbilik, depressiya, turşəng, yorğunluq, orqanizmdə, günəbaxan
BİZİ İZLƏYİN