• Hər gün 1 bişmiş yumurta yemək üçün 7 səbəb

Reseptin məlumatları Baxış sayı: 622

Tarix : 10.05.2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Yumurta yeganə məhsuldur ki, orqanizm tərəfindən, demək olar, tam şəkildə (97-98%) mənimsənilir.
Yumurta insan sağlamlığı üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Bu çox faydalı diyetik məhsuldur.

Sizə hər gün 1 bişmiş yumurta yemək üçün 7 səbəb təqdim edirik:
1. Yumurta insanın inkişafı və normal fəaliyyəti üçün çox vacib olan zülallarla zəngindir.
2. Yumurta D vitamini ilə zəngindir. Bu vitamin sümüklərin sağlamlığını qoruyur. Həmçinin D vitamini immun sistemi üçün olduqca vacibdir, bəzi xərçəng növlərinin inkişafının qarşısını alır.
3. Yumurtanın sarısı lesitin maddəsi ilə zəngindir. Bu maddə beyin damarlarının sağlmlığını qoruyur, insultun qarşısını alır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, damarları xolesteroldan təmizləyir.
4. Xolin maddəsinin miqdarına görə yumurta bütün məhsullar arasında çempion sayılır. Xolin insan sağlamlığına çox müsbət təsir edir - sinir sistemi xəstəliklərinin qarşısını alır, qaraciyərin hüceyrələrinin bərpasını sürətləndirir, kişilərdə prostat vəzinin sağlamlığını qoruyur, qanda xolesterolun səviyyəsini aşağı salır, piylərin mübadiləsini normallaşdırır.
5. B qrupu vitaminləri ilə zəngin olan yumurta sinir siteminin fəaliyyətinə, dərinin, saçların vəziyyətinə çox müsbət təsir edir.
6. Yumurta arıqlamağa kömək edir. Araşdırmalar sübut edib ki, pəhriz zamanı hər gün səhər yeməyinə yeyilən 1 bişmiş yumurta arıqlamağı sürətləndirir.
7. Yumurta fol turşusu ilə zəngindir. Fol turşusu hamiləlik zamanı döldə sinir sistemi qüsurlarının inkişafının qarşısını alır. Həmçinin fol turşusu kişilərdə spermanın keyfiyyətini yaxşılaşdırır.

Etiketlər: Yumurta, zəngindir, yumurta, qarşısını, qoruyur, sistemi, sinir, turşusu, inkişafının, vitamini, Həmçinin, qaraciyərin, təsir, müsbət, Xolin, yaxşılaşdırır, sürətləndirir, kişilərdə, sağlamlığını, zamanı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica