• Ürəyin və sinirlərin sağlamlığı üçün bu yarmadan yeyin

Reseptin məlumatları Baxış sayı: 591

Tarix : 10.05.2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Bu yarma Şərq ölkələrində çox populyardır. Bulqur buğdadan hazırlanır və onun tərkibində buğdanın demək olan bütün faydaları saxlanılır.
Bulqur vitaminlərlə zəngindir. Bulqurda sinir sistemimiz üçün olduqca vacib olan B qrupu vitaminləri xüsusilə çoxdur. Bundan əlavə bulqurda cavanlığı və gözəlliyi qoruyan E vitamini, beta-karotin, müxtəlif minerallar (fosfor, mis, sülün, dəmir, sink, kalium, kalsium və s.), yağlı turşular, qidalı liflər var.
Bütün bu gözəl xüsusiyyətlərə görə bulqur çox faydalı, diyetik və müalicəvi məhsul sayılır. Bütün dünayada diyetoloqlar və həkimlər bulqurun qidalı və müalicəvi xüsusiyyətləri yüksək qiymətləndirir və yarmanı qidalanmaya tez-tez daxil etməyi tövsiyə edirlər.
Bulqur sinir sistemi üçün çox faydalıdır - sinir sistemini möhkəmləndirir, gərginliyi, əsəbilliyi azaldır. Bu səbəbdən mütəxəssislər daim streslərə, gərginliklərə məruz qalan insanlara bulqur yeməyi tövsiyə edirlər.
Bulqur qidalı liflərlə zəngindir və bu səbəbdən bağırsaqların sağlamlığına çox müsbət təsir edir - bağırsaqları təmizləyir, bağırsaqlarda xeyirli mikrofloranın artmasına kömək edir. Qəbizlikdən əziyyət çəkirsinizsə, mütləq bulqur yeyin. Həmçinin sübut olunub ki, qidalı liflərlə zəngin olan qidalar xərçəng xəstəliklərinin riskini azaldır.
Bulqur ürək-damar sisteminə də çox müsbət təsir edir - damarları və ürək əzələsini möhkəmləndirir, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.
Bulqurun tərkibində fol turşusu, mis, dəmir var. Bu maddələr qanın tərkibini yaxşılaşdırır, anemiyanın (qanalığı) inkişafından qoruyur.
Bulqur tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. Bu isə, təbii ki, arıqlamağa kömək edir. Mütəxəssislər bulquru səhər yeməyinə daxil etməyi tövsiyə edirlər. Bulqur asan həzm olunur, həzm sistemində ağırlıq, köp və digər xoşagəlməz hisslərə səbəb olmur, insana əlavə enerji verir.

Etiketlər: Bulqur, qidalı, sinir, tövsiyə, edirlər, bulqur, əlavə, etməyi, səbəbdən, azaldır, zəngindir, dəmir, möhkəmləndirir, kömək, tərkibində, liflərlə, daxil, Bütün, müsbət, təsir
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica