• Sağlamlıq üçün ətin yanında nə yeyilməli?

Reseptin məlumatları Baxış sayı: 2 872

Tarix : 14-05-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Ət demək olar ki, hər gün qida rasionumuzda yer alır. Xüsusilə də, biz azərbaycanlılar ətdən fərqli, şərq mətbəxinə aid gözəl yemək hazırlayırıqsa ət əvəzolunmazımızdır. Amma ət yeyərkən onun yanında xüsusi qidalar qəbul etmək lazımdır ki, sağlamlıq üçün faydalı olsun.

Mütəxəssislər ətin əla keyfiyyətli zülal mənbəyi olduğunu dəfələrlə qeyd ediblər. Eyni zamanda ətin tərkibindəki dəmir, B12 vitamini və sink insanın qidalanmasında çox vacib yer tutur.

Qırmızı ət portağal suyu kimi C vitamini ilə zəngin olan içkilərlə qəbul edildikdə ətdə olan faydalı elementlərin orqanizmdə mübadiləsini artırır. Buna görə də, mütəxəssislər ətlə mütləq bir stəkan portağal suyu içilməsini tövsiyə edirlər. Ətdə olan çox miqdarda amin turşularından tirozin və triptofanın metabolizması üçün də C vitamini çox vacibdir.
Etiketlər: vitamini, qəbul, faydalı, portağal, yeyərkən, olsun, yanında, edildikdə, elementlərin, içkilərlə, Qırmızı, dəmir, tərkibindəki, insanın, qidalanmasında, tutur, vacib, zəngin, artırır, turşularından
BİZİ İZLƏYİN