• Kərə yağını "dərə" yağından necə ayıraq?

Reseptin məlumatları Baxış sayı: 15 996

Tarix : 17-08-2014, 19:00

Bölmə : Qidalanma qaydaları


Soyuq havalarda həkimlər xəstələnməmək üçün gün ərzində 60 qram kərə yağı yeməyi tövsiyyə edirlər. Axı bu qida əsl vitamin və makroelement mənbəyidir.

Dadlı.Az Rusiya mətbuatına İstinadən bildirir ki, kərə yağı A, E, D vitaminləri, dəmir, kalsium, kalium, maqnium, fosfor, natrium, bal, marqans və sink kimi maddələrlə zəngindir. Amma süfrənizdə məhz kərə yağı olması üçün bir qədər diqqətli olmalısınız.

Məsələ burasındadır ki, kərə yağı adı altında başqa yağlar, o cümlədən marqarin gizlədilir. Yağı almazdan əvvəl tərkibini diqqətlə oxuyun:

Əsl kərə yağı yalnız inək südündən hazırlanır. Əgər yağın tərkibində bitki yağı, palma yağı, araxis və ya kakos yağı varsa, ya da "süd yağları əvəzedicisi" yazılıbsa, deməli, qarşısınızdakı kərə yağı deyil, onun ucuz analoqudur.

Yağı alarkən onun müvafiq dövlət standartına uyğun sertifikatının nömrəsinə diqqət yetirin.

Əgər yağın keyfiyyətini ev şəraitində yoxlamaq istəyirsinizsə, onu soyuducunun buzxanasına qoyun. 10 dəqiqədən sonra götürüb kəsməyə çalışın. Əgər o parçalanırsa, deməli, keyfiyyətli yağdır. Bu yağın analoqları isə bərabər bölünür.
Etiketlər: yağın, deməli, deyil, analoqudur, qarşısınızdakı, alarkən, müvafiq, uyğun, standartına, dövlət, yazılıbsa, yağları, bitki, tərkibində, hazırlanır, südündən, palma, araxis, sertifikatının, varsa
BİZİ İZLƏYİN