• Uşaq yaşlarından sağlam qidalanma

Reseptin məlumatları Baxış sayı: 2 240

Tarix : 17-05-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Uşaqlar onlara tanış olan yeməkləri daha çox xoşlayırlar, belə ki, sizin onlara verdiyiniz yeməyi ilk dəfədən xoşlaya bilməzlər. Lakin qidalanma vərdişləri ilk yaşlardan formalaşır, ona görə də əgər siz körpənizə geniş çeşidli sağlam qida versəniz, onların böyüyəndə daha sağlam qidalacaqlarına ümid edə bilərsiniz.

Əgər onlar kiçik olarkən siz onlara çox duzlu, yağlı və şirin qidalar və içkilər versəniz, onlar böyüyərkən də həmin qidalardan istəyəcəklər. Onlara bacardığınız qədər müxtəlif, sağlam qidalar verin və onlar böyüyərkən də həmin qidaları sevəcəklər. Bu, körpəniz üçün əldə etdiyiniz çox möhtəşəm bir vərdiş olacaqdır, körpəniz böyüyəndə sizə bu cəhətdən daha asan olacaqdır.

Vaxt ayırın! Başlanğıcda yeməyə çox vaxt ayırın. Körpənizi tələsdirmək və ya məcbur etmək problemlər yarada bilər. Körpələrin əksəriyyəti nə qədər yeməli olduqlarını bilirlər, ona görə yemək verərkən körpənizin tempi ilə gedin və onlar doyduqlarını bildirəndə dayanın.

Göstərin! Körpələr öz valideynlərini təkrarlayırlar, belə ki, siz müxtəlif sağlam qidaları yediyinizi körpənizə göstərməklə ona kömək edə bilərsiniz.

Əllə yeyilən qidalar! Körpənizə izn verin ki, o öz barmaqları ilə özü-özünü yedizdirsin. Bununla da, onlar nə qədər yemək istədiklərini sizə göstərə bilərlər və bu, onları müxtəlif qidaları daha yaxından tanımağa imkan verər. Həm də, bu üsul yemək yeməyin həzzini daha da artırır.

Ailəvi yeyin! Ailəvi yemək vaxtlarına körpənizi də qatın və ailənin digər üzvləri yemək yeyərkən ona da yemək verin. Hər gün təqribən eyni vaxtda yemək daha sağlıqlı yeməyi təmin edir. Körpəniz onu nə gözlədiyini biləcək və çox güman ki, olduğu şəraitdən də həzz alacaqdır.

Uğur! Uşaqların müxtəlif qidalara alışması bəzən çox vaxt aparır. Buna görə onlara az miqdarda qida və çox vaxt verin ki, onlar tədricən qidalara alışsınlar.

Nə qədər? Əgər körpəniz bir yemək vaxtı və ya bir gün ərzində çox yeməyibsə, narahat olmayın. Çünki onların bir həftə ərzində yedikləri daha önəmlidir.

Evdə hazırlanmış qidalar ən yaşxıdır! Ən yaxşı uşaq qidası evdə hazırlanmış sadə tərkibli şəkər və ya duz əlavə edilməmiş qidalardır. Artıq olan yeməyi soyuducuda və ya buz dolabında saxlamaq olar. Bu zaman sizin görəcəyiniz yeganə iş yeməkdən lazımi miqdarda götürüb qızdırmaq olacaqdır. Tez, asan, üstəlik hazır uşaq qidalarından daha çox ucuz.

Kiçicik qarıncıq! Uşaqların əksəriyyəti nə zaman doyduqlarını yaxşı bilirlər, buna görə istəmədikləri halda onları yeməyi bitirməyə məcbur etməyin. Daha az və tez-tez yemək və daha sağlam qəlyanaltılar uşaqlara ən uyğun qidalardır.

Düzgün oturuş! Əmin olun ki, körpəniz sakit və düz oturur, belə ki, bu zaman o, qidanı daha yaxşı görə bilər və boğulma ehtimalı da azalar.

Yalnız nadir hallarda şüşə banka və paketlər! Şüşə banka və paketlərdə olan uşaq qidalarından istifadə rahat ola bilər, lakin onların ölçüləri çox böyük və tərkibləri də demək olar ki, eyni olur. Belə qidalardan istifadə körpənizin başqa qidaları sevməsinə mane ola bilər. Məhz buna görə vaxtınız olmayanda və ya körpənizlə birlikdə evdən kənarda olanda hazır uşaq qidalarından istifadə etmək daha məqsədəuyğundur. Aldığınız məhsulun üzərini oxumağı unutmayın – hətta məhsulun üzərindəki etiketdə “4 aydan etibarən istifadə etmək olar” yazılsa da, bu əvvəlki köhnəlmiş prinsiplərə və tədqiqata əsaslanmış məlumatdır. Həmin etiketlər “istifadəsi 6 aydan etibarən” sözü ilə gələcəkdə yenilənəcəkdir.
Etiketlər: möhtəşəm, yemək, onlar, sağlam, müxtəlif, qidalar, verin, körpəniz, istifadə, bilər, qidaları, qədər, yeməyi, onlara, zaman, qidalarından, olacaqdır, onların, etmək, yaxşı, məhsulun
BİZİ İZLƏYİN