• Hər gün süd içərək arıqlaya bilərsiniz!

Reseptin məlumatları Baxış sayı: 2212

Tarix : 24.05.2017, 09:00

Bölmə : Qidalanma qaydaları


1. Yağları əridir
Südün içində arıqlamağı asanlaşdıran protein, kalsiyum, potasyum, B12 vitamini, D vitamini, fosfor kimi maddələr var. Aparılan son elmi araşdırmalarda xüsusilə kalsiumun bədəndəki yağları əritdiyi və bunun miqdarının ayda 4 kiloya qədər olduğu deyilmişdir..

2. Çəki itirməyi asanlaşdırıcıdır
Çəki itirmək əslində orqanlarımızın və hüceyrələrimizin özünü yeniləməsi, həyata yenidən başlaması mənasına gəlir. Zərərli yağ hüceyrələri kiçilib yox olur, faydalı əzələlər qidalanır və güclənir, beləliklə, siz özünüzü həm formada, həm də xoşbəxt hiss edirsiniz.

3. Qarnı arıqlatmağa kömək edir
Son illərdə aparılan elmi təcrübələrdə davamlı olaraq süd ve süd məhsulları istifadə edənlərdə qarın yağlarının daha tez əridiyi görülmüşdür. Belə olan halda siz də qarnınızı arıqlatmaq üçün hər gün 2-3 stəkan süd içə bilərsiniz.

4. İştahı kəsir
Dieta saxlayanların qarşılaşdığı ən böyük çətinliklərdən biri həddən çox iştah və tez doymamaqdır. Ancaq süd içindəki möcüzəvi minerallar sayəsində daha tez doymağa kömək edir. Yeməklərdən 15 dəqiqə əvvəl bir stəkan az yağlı süd içmək iştahı kəsir.

5. Toxluq müddətini uzadır
Laktoza, yəni süd şəkəri insanın enerji ehtiyacını sağlam yoldan qarşılayır və toxluq müddətini uzadır. Beləliklə, davamlı olaraq süd və süd məhsullları istifadə edənlər həm daha uzun müddət özlərini tox hiss edərlər, həm də çəki itirərlər.

6. Diabet xəstələrinə xeyirlidir
Aparılan bir çox elmi təcrübələr südün qan şəkərini tarazladığını, halsızlıq və tez acmaq kimi problemləri ortadan qaldırdığını göstərmişdir.

Tam yağlı yoxsa az yağlı süd daha yaxşıdır?
Tam yağlı yoxsa az yağlı süd içmək lazım olduğu hamını maraqlandıran sualdır.

Bu sualın cavabı sizin ehtiyacınıza görə dəyişir:
Əgər arıqlamaq istəyirsinizsə, yarım yağlı süd içməlisiniz. Beləliklə, eyni miqdarda kalsium, protein qəbul edərsiniz, amma kalori miqdarı az olar. Ancaq südü sağlam yaşamaq üçün içirsinizsə, süd verən ana və ya hamiləsinizsə, tam yağlı süd içə bilərsiniz.

Arıqlamaq üçün süd necə içilməlidir?
Arıqlamaq üçün südü isti halda içmək lazımdır. Bu halda südün mədədə qalma müddəti uzanar və siz özünüzü tox hiss edərək artıq çəkilərdən qurtula bilərsiniz. Bir stəkan süd ortalama 100 kaloridir və gündə 3 stəkana qədər süd içib, sağlıqla arıqlaya bilərsiniz. Amma az yağlı və ya tam yağlı olmasından asılı olmayaraq südünüzü yatmazdan 3-4 saat əvvələ qədər içmiş olmalısınız. Əks halda yağ olaraq yığılırlar. Yəni, yatmazdan az əvvəl süd içməyin.

Darçınlı süd arıqladırmı?
Darçın qan şəkərini taraz saxlamaqda ən təsirli vasitələrdən biridir və südə qarışdırıb içildikdə bədəndəki yağları əridir. Süd verən analar süd içməklə arıqlaya bilərmi? Bəli, süd verən analar süd içməklə arıqlaya bilər. Amma, təkcə arıqlamaq üçün deyil, həmçinin uşağın sağlam şəkildə inkişafı və ananın sağlam və xoşbəxt olması üçün gündə 3-4 dəfə süd və süd məhsulları istifadə etməsi lazımdır.

Süd içə bilməyənlər nə etməlidir?
Südə qarşı allergiyanız varsa və yaxud süd içməyi xoşlamırsınızsa, mütləq qatıq, kefir, ayran, pendir kimi süd məhsullarından istifadə etməlisiniz. Çünki süd sadəcə arıqlamaq üçün deyil, sümüklər, diş sağlamlığı, immun sistemi, saç və dəri gözəlliyi üçün də lazımlıdır.


Etiketlər: yağlı, halda, bilərsiniz, istifadə, sağlam, qədər, arıqlaya, içmək, arıqlamaq, olaraq, verən, stəkan, lazımdır, analar, içməklə, özünüzü, müddətini, deyil, uzadır, əvvəl
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN