• Meyvə-tərəvəzlə orqanlarımız arasında əlaqə olduğunu bilirsinizmi?

Reseptin məlumatları Baxış sayı: 1353

Tarix : 25.05.2017, 10:00

Bölmə : Qidalanma qaydaları




*Şirin kartofun görünüşü mədəaltı vəzinə oxşayır və şəkər xəstələrində qandakı şəkər səviyyəsini tarazlayır.
* Qoz balaca bir beyni xatırladır və beyin funksiyaları üçün faydalıdır.
* Lobya böyrək formasındadır və böyrəyin fəaliyyətini yaxşılaşdırır.
* Kərəvizin saplağı və Çin kələmi sümüklərə bənzəyir. Bu qidalar sümüklərə faydalıdır, sodium miqdarı 23%-dir. Əgər yediyiniz qidalarda kifayət qədər sodium yoxdursa, bu zaman bədən bunu sümüklərdən götürür və bu da sümükləri zəiflədir. Bunun üçün də bu tərəvəzlərdən çox istifadə etmək lazımdır.
* Badımcan, avokado və armud qadınların uşaqlığı formasında olub uşaqlığın və uşaqlıq boynunun sağlamlığına və fəaliyyətinin yaxşılaşmasına xeyirlidir. Araşdırmalar qadınların həftədə bir dəfə avokado yedikləri halda hormonları tənzimlədiyini, doğumdan sonrakı kilolarını azaltdığını və uşaqlıq boynu xərçənginin qarşısını aldığını göstərmişdir.
* Pomidor da ürək kimi dörd kameralıdır və qırmızı rəngdədir. Buna görə də pomidor ürək və qan üçün faydalıdır.
* Üzüm salxımı ürək şəklindədir və hər bir üzüm dənəsi qan hüceyrəsi kimi görünür. Araşdırmalar nəticəsində üzümün ürək və qan canlandırıcı bir qida olduğu sübut olunmuşdur.
* Zeytun yumurtalıqların sağlamlığına və fəaliyyətinə faydalıdır. * Greyfrut, portağal və naringi kimi meyvələr qadının sinəsinə oxşayır və onun sağlamlığına və limfanın hərəkətinə kömək edir.
* Soğan bədəndəki hüceyrələr görünüşündədir və bu hüceyrələrdən tullantı maddələrin təmizlənməsinə kömək edir. Hətta gözlərin epitelyar qatlarını yuyan gözyaşlarına belə səbəb olur.
Etiketlər: faydalıdır, sağlamlığına, uşaqlıq, kömək, avokado, sodium, sümüklərə, qadınların, Araşdırmalar, şəkər, oxşayır, şəklindədir, dənəsi, doğumdan, pomidor, salxımı, tənzimlədiyini, üzümün, canlandırıcı, nəticəsində
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN