• Qaraciyər sağlamlığı üçün tövsiyyə edilən qidalar

Reseptin məlumatları Baxış sayı: 566

Tarix : 26.05.2017, 09:00

Bölmə : Qidalanma qaydaları


Tərkibində sulfid (kükürd) olan qidalar qaraciyəri təmizləyir və bədəndəki kimyəvi maddələrdən daha qısa müddətdə azad olunmağı təmin edir. Kükürdlə zəngin olan tərəvəzlər soğan, sarımsaq və kələmdir. Lakin, təkcə bu tərəvəzləri yeməklə kifayətlənməyin. Həm qaraciyəriniz, həm də ümumi sağlamlığınız üçün gundə 3-4 pors təzə tərəvəz yeməyə çalışın.

Meyvələr: Antioksidant cəhətdən zəngin olan meyvələr qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edir, zərərli toksinlərin bədəndən xaric olma müddətini sürətləndirərək ümumi bədən sağlamlığımıza xeyir edir. Kivi, çiyələk, qaragilə və zoğal kimi meyvələr antikosidantla olduqca zəngindir. Bundan əlavə, portağal, qreyfrut, ərik, armud və alma kimi meyvələr də qaraciyəri qoruyur. Hal-hazırda qaraciyərlə bağlı bir probleminiz varsa, tərkibində A vitamini olan meyvələr yeməyin.

Taxıllar: Tam taxıllı qidalar karbonhidrat tərkibli olmağı və yağ miqdarının az olması sayəsində qaraciyərə faydalı qidalar arasında xüsusi yer tutur. Həmçinin, bu qidalar antioksidant vəzifəsi daşıyır və orqanizmimizi lazımlı vitamin və minerallarla təmin edir.

Protein: Bədənin enerjisini və əzələ toxumasının yaranmasını təmin edən protein sağlam bir qaraciyər üçün lazımlıdır. Ancaq artıq miqdarda protein qəbul edilməsi qaraciyəri yora bilər. Həmçinin, proteini yağlı ət kimi qaraciyər üçün faydalı olmayan qidalar əvəzinə az yağlı qatıq, pendir, ispanaq, soya paxlası və yaşıl noxud kimi qidalardan almağa üstünlük verin. Qaraciyər xəstəliyi olanlara həkim tərəfindən protein qəbulunu məhdudlaşdırmaları tövsiyyə olunur.

Lif: Lif tərkibli qidalar yeməklərdən alınan artıq yağların bədəndən xaric edilməsinə kömək edir. Eyni zamanda lif toksinlərin bədəndən xaric olmasında qaraciyərin fəaliyyətini asanlaşdırır. Lif baxımından zəngin qidalara misal olaraq mərcimək, ispanaq, qara lobya, armud, alma, moruq və banan kimi qidaları göstərmək olar.

Etiketlər: qidalar, meyvələr, protein, təmin, zəngin, bədəndən, xaric, qaraciyəri, armud, qaraciyərin, artıq, ümumi, qaraciyər, ispanaq, yağlı, kömək, faydalı, Həmçinin, tərkibli, toksinlərin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica