• Şəkər xəstəliyindən qorunmaq üçün necə qidalanmaq lazımdır?

Reseptin məlumatları Baxış sayı: 2 389

Tarix : 29-05-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


İnsulin qandakı şəkərlə əlaqəli bir hormondur. Onun çatışmazlığı zamanı şəkər xəstəliyi meydana gəlir. Ancaq insulinin həddindən artıq olması da zərərlidir. Mədəaltı vəzinin ifraz etdiyi insulin hormonu qida qəbul edildikcə ifraz olunur. Karbohidratlar isə insulin ifrazını ən çox artıran qidalardır. Qan şəkərini çox artıran karbohidrat yeyildikdə çox insulin ifraz olunur. Belə qidaların uzun illər boyu çox qəbul edilməsi şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər.

Harvard universitetində aparılan geniş təcrübələr düzgün qidalanma və diet ilə şəkər xəstəliyinin yaranmasının qarşısını ala biləcəyimizi irəli sürür.

Şəkər xəstəliyinin qarşısını almaq üçün bu tədbirlər görülməlidir:

- Artıq çəki varsa, mütləq atılmalıdır. Çünki artıq çəki şəkər xəstəliyinə gətirib çıxara bilər.

- Yeməklərdəki yağın miqdarı azaldılmalıdır.

- Kərə yağı, marqarin, quyruq yağı yeyilməməli və yağlı süd içilməməlidir. Bunların yerinə bitki yağları yeyilməlidir.

- Lifli qidaların, yəni meyvə və tərəvəzlərin qəbulu artırılmalıdır.

- Qan şəkərinizi az artıran qidalar yeyilməli, qan şəkərini çox artıran qidalar isə yeyilməməli və ya az yeyilməlidir.

- Hər gün 30 dəqiqə idman və ya gəzinti edilməlidir.

- Bədəni xəstəliklərdən qoruyan və antioksidant adlanan C vitamini, A vitamini, Selen və E vitamini ehtiva edən qidalar bol yeyilməlidir. Antioksidantlar şəkər xəstəliyinin yaranmasının qarşısını alır.
Etiketlər: şəkər, xəstəliyinin, artıran, ifraz, qarşısını, qidalar, insulin, vitamini, yeyilməlidir, bilər, artıq, qəbul, olunur, yaranmasının, şəkərini, qidaların, yeyilməməli, içilməməlidir, Bunların, yağlı
BİZİ İZLƏYİN