• Baş ağrısını keçirən qidalar

Reseptin məlumatları Baxış sayı: 2 386

Tarix : 31-05-2017, 19:00

Bölmə : Qidalanma qaydaları


Acı ədviyyatlar
Ədviyyatlı qidalar baş ağrısını keçirməkdə faydalıdır. Xüsusilə sinüs bölgəsində tıxanıqlıqla əlaqəli bir ağrıdırsa, acı yeyərək bundan azad olun.

Küncüt
Salat və şorbalarınıza küncüt əlavə edin. Küncütün tərkibində yüksək miqdarda E vitamini var.

Tam taxıllı çörək
Əgər aşağı kalorili bir pəhriz saxlayırsınızsa, beynin enerji mənbəyi olan qlikogen qaynağını istifadə edirsiniz deməkdir. Bu isə beynə gedən enerjinin azalmasına və dehidrasiyaya şərait yaradır. Suyun azalması da başın ağrımasına səbəb olur. Buna görə də pəhriz saxlayarkən tam taxıllı un, yulaf kimi qidalar da yeyin.

Badam
Badamın tərkibindəki maqnezium damarların rahatlamasına və beləliklə də baş ağrısından azad olmağa kömək edir.

Qarpız
Susuzluq nəticəsində yaranan baş ağrıları üçün qarpız kimi su miqdarı yüksək olan qidalar çox faydalıdır.

Qatıq
Əgər başınızda döyünmə şəklində bir ağrı vardırsa, bədəninizin kalsiuma ehtiyacı var deməkdir. Bu zaman qatıq yeyərək beyin funksiyalarının yaxşı işləməsinə şərait yaratmış olarsınız.
Etiketlər: qidalar, deməkdir, yüksək, pəhriz, şərait, taxıllı, yeyərək, faydalıdır, kömək, olmağa, ağrısından, saxlayarkən, Qarpız, Susuzluq, ağrımasına, səbəb, beləliklə, rahatlamasına, Badamın, Badam
BİZİ İZLƏYİN