• Şəkərdən istifadə etmək narkotik maddə istifadəsi ilə eyni şey imiş

Reseptin məlumatları Baxış sayı: 3 017

Tarix : 8-07-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Həm böyüklər, həm də uşaqların sevdiyi şirin qidalar, içkilər, şokolad və tortlar... Bu siyahını hələ uzatmaq da mümkündür. Şirniyyata və şokolada yox demək çox çətindir, amma beynimizə necə təsir etdiyini bildikdə bəlkə fikriniz dəyişə bilər. Misal üçün şokoladı dişlədiyimiz zaman ilk anda beynimizin həzz və mükafat mərkəzinə siqnallar gedir. Yəni şirin qidalar qəbul etmək dostlarımızla əyləncəli vaxt keçirmək və narkotiklə eyni qədər zövq verir. Beynimizin bu hissəsi dopamin hormonunu ifraz edir. Dopamin çox məsum görünsə də, narkotik asılılıq yaşayanların narkotikdən istifadə etdikləri zaman ifraz olunan kimyəvi maddədir. Nəticə olaraq şəkərdən istifadə etdikdə bütün beynimizdə və bədənimizdə narkotik istifadə etməklə eyni olan reaksiyalar gedir. Narkotik qədər olmasa da, şəkər də asılılıq yaradır. Onun bir digər mənfi cəhəti də nə qədər yesək də, yeməkdən bezməməyimizdir. Bunun nəticəsində isə yüksək təzyiq, şəkər xəstəliyi, iştahın çox açılması nəticəsində kökəlmədir. Dünya sağlamlıq təşkilatı hər yetkin insanın gündə 25 qram, yəni 6 çay qaşığı şəkər qəbul etdiyini bildirir. Amma bir qutu kolada 39 qram şəkər olduğunu nəzərə alsaq, şəkər qəbulu barəsində necə səhv addımlar atdığımız ortadadır.

Bəs nə etməli? Şəkəri mümkün qədər həyatımızdan çıxartmaq lazımdır. Sadəcə şokolad və şirniyyatları yeməsək də, yediyimiz çox şeyin tərkibində şəkər olduğunu bilirik. Ketçup, yoqurt və suda belə dadlandırıcılar ola bilər. Bunlarda ehtiyyatlı olmaqla yanaşı, təbii şəkər qəbul etmək daha faydalıdır. Süni dadlandırıcıların yerinə həqiqi şəkər çuğundurundan hazırlanmış şəkər və kokos kimi meyvələrdən alınan təbii şəkərə üstünlük vermək daha faydalıdır.
Etiketlər: şəkər, qədər, istifadə, qəbul, bilər, olduğunu, faydalıdır, təbii, etdiyini, zaman, etmək, gedir, asılılıq, qidalar, şokolad, şirin, narkotik, ifraz, nəticəsində, nəzərə
BİZİ İZLƏYİN