• Meyvə və tərəvəz

Reseptin məlumatları Baxış sayı: 2 634

Tarix : 8-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Fərqli mineral və vitaminlər üçün fərqli rənglərdə olan meyvə və tərəvəzi həftənin müxtəlif günlərinə bölərək qidalanmağımız lazımdır. Demək olar ki, bütün qidalanma mütəxəsisləri (əgər hər hansı bir xəstəlik yoxdursa) gündə cəmi 5 kasa meyvə və tərəvəz qəbul etməyinizi tövsiyyə edirlər. Elbətdə ilk anda bu çox gələ bilər amma bu miqdar 2-3 meyvə ilə və iki sup kasası qədər tərəvəzə bərabərdir.

Əvvəldədə qeyd etdiyimiz kimi mineral və vitamin baxımından meyvə və tərəvəzi ayırmaq lazımdır. Bundan əlavə meyvə və tərəvəz yeməkdən bezməməyinizə kömək olar. Misal üçün bir gün ərzində brakoli (yaşıl), banan (sarı), portağal (narıncı), badımcan (bənövşəyi), bibər (qırmızı) qəbul etsəniz günlük vitamin və mineral ehtiyacınızı ödəmiş olarsınız. Səhər yeməyində portağal suyu içmək, günorta yeməyində ispanaq və pomidor salatı yemək, axşam yeməyindən sonra banan yemək qidalanma baxımından saglam bir gündür.
Etiketlər: meyvə, mineral, qəbul, tərəvəz, qidalanma, baxımından, lazımdır, yemək, yeməyində, portağal, banan, vitamin, tərəvəzi, bibər, bənövşəyi, qırmızı, etsəniz, ehtiyacınızı, günlük, badımcan
BİZİ İZLƏYİN