• Taxıllı bitkilər

Reseptin məlumatları Baxış sayı: 3 163

Tarix : 9-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Bu qida qrupu ölkəmiz baxımından çox önəmlidir, çünki Azərbaycan mətbəxində çörək qəbulu olduqca çoxdur. Çox təəsüf ki, klassik ''çörək'' saglamlığımız baxımından faydalı deyil və tam tam buğda çörəyi ilə əvəz olunmalıdır. Klassik ağ çörək rəfinə edilmiş buğda ununun mayalanması ilə bişirilir amma tam buğda çörəyi isə rəfinə edilməmiş olan buğda unundan bişirilir. Beləki taxıl məhsulları rəfinə edildikcə tərkibindəki lif və vitaminlər azalır. Ağ çörəyin qlisemik indeksi digər çörək növlərinə nisbətən daha yüksək olduğu üçün, qan şəkərini daha sürətlə yüksəldir və daha sürətlə aşağı salır. Tam buğda çörəyinin arıqlamaq istəyənlər tərəfindən seçilməsinin səbəbi kalorisinin daha az olması və tərkibinə görə həzm sistemində dolğunluq yaradaraq daha uzun bir müddət toxluq hissi təmin etməsidir. Tərkibi və sahib olduğu aşağı qlisemik indeks səbəbi ilə tam buğda çörəyi qan şəkərinin daha nizamlı olmasını təmin edir.
Etiketlər: buğda, çörək, çörəyi, rəfinə, səbəbi, aşağı, bişirilir, sürətlə, təmin, olduğu, qlisemik, baxımından, yüksək, seçilməsinin, nisbətən, tərəfindən, istəyənlər, şəkərini, salır, çörəyinin
BİZİ İZLƏYİN