• Böyrəklərinizin dostu 6 qida

Reseptin məlumatları Baxış sayı: 2 651

Tarix : 12-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Qatıq böyrəyin təbii dərmanıdır
Kalsium və D vitamini ilə zəngin olan qatıq böyrəyin sağlamlığı üçün çox xeyirlidir. Əsasən də yemək arasında istifadə olunan qatıq böyrək sisteminin nizamlı işləməsinə kömək olur. Təzə meyvəyə və ya tərəvəzlərə qatılıb yeyilən qatıq, meyvələrdəki C vitamini və minerallar ilə birləşib böyrək funksiyasına müsbət təsir göstərir.

Balqabaq tumunun təmizləyici təsiri
Sink və dəmir mineralları baxımından olduqca zəngin olan balqabaq tumu tərkibindəki omega 3 ilə böyrək xəstəliklərinə qarşı çox təsirlidir. Şəkəri tarazlayır və böyrək sistemini təmizləyir. Həmçinin immunitet sistemini gücləndirir, depressiya və xroniki halsızlıq kimi vəziyyətlərdə müsbət təsir göstərir.

Balqabaq böyrək daşının əmələ gəlməsinin qarşısını alır
Balqabaq əsasən böyrək daşı problemləri üçün çox təsirlidir. Balqabağın tərkibindəki kalsium böyrək daşının yaranmasının qarısını alır.

Alma böyrəklər üçün qalxan rolu oynayır
Qırmızı alma böyrək xəstəliklərinin müalicəsində köməkçi olduğu qədər bu problemlərin yaranmamasında da qalxan rolu oynayır. Böyrəkləri təmizləyir və tərkibindəki liflər süzmə funksiyasını yaxşı işlədir. Gün ərzində 1 dənə alma yemək böyrək sağlamlığı üçün vacibdir.

Su tarazlığı üçün cəfərinin əhəmiyyəti
C vitamini ilə zəngin olan cəfəri böyrəklərin təmizlənməsinə və yaxşı işləməsinə köməklik göstərir. Hər gün səhər yeməyində 1 dəstə cəfəri yemək böyrəklər üçün çox xeyirdir. Gün ərzində insanı gümrah saxlayır və mərkəzi sinir sisteminə müsbət təsir göstərir.

Balanslı istifadə edilən düyü böyrək üçün çox xeyirlidir
Düyü böyrək xəstəliklərinin inkişaf etməməsi üçün çox xeyirlidir. Şəkəri yüksək olan böyrək xəstələri isə düyü böyrəklər üçün xeyirli olub, şəkərlərinə mənfi təsir göstərdiyi üçün çox diqqətli olmalıdırlar. İlk əvvəl həkimləri ilə məsləhətləşib daha sonra yeyə bilərlər.
Etiketlər: böyrək, göstərir, təsir, yemək, böyrəklər, müsbət, xeyirlidir, Balqabaq, tərkibindəki, vitamini, qatıq, zəngin, cəfəri, daşının, yaxşı, ərzində, oynayır, xəstəliklərinin, təsirlidir, sağlamlığı
BİZİ İZLƏYİN