• Xərçəngdən qorunmağın yolları

Reseptin məlumatları Baxış sayı: 2 240

Tarix : 17-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Bütün dünyada olduğu qədər ölkəmizdə də çox geniş yayılan xərçəng xəstəliyinin bir çox səbəbləri var. Bunlara misal olaraq düzgün qidalanmamaq, radiyasiya, siqaret və spirtli içki, artıq çəki və s. deyə bilərik. Biz bu yazımızda sizə xərçəngdən qorunmağın yollarını göstərmişik.

Siqaret çəkməmək
Xərçəngin ən çox yayılan və əksəriyyəti ölümlə nəticələnən növü ağciyər xərçəngidir. Bunun da başlıca səbəbi siqaretdir. Həmçinin, siqaret ağciyər xərçəngindən başqa ağız, qırtlaq, yemək borusu, qaraciyər, mədə, mədəaltı vəzi, böyrək və sidik kisəsi xərçənginə də səbəb olur. Buna görə də siqaretdən uzaq durmaq xərçəngdən qorunmaqda ən təsirli vasitədir.

Spirtli içki içməmək və ya az istifadə etmək
Spirtli içki ağız, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, yoğun bağırsaq, mədəaltı vəzi və döş xərçənginin ən əsas səbəblərindəndir. Siqaret ilə birlikdə içkidən istifadə etmək isə xərçəng riskini daha da artırır. Buna görə də bunlardan mümkün qədər istifadə etməmək lazımdır.

Radiyasiyadan qorunmaq
Günəş işığına, yəni ultrabənövşəyi B şüalarına uzun müddət məruz qalmaq dəri xərçənginə yol açır. Bununla yanaşı uzun müddət solariumda qalmaq da xərçəng riskini artırır. Yayda 11:00-16:00 saatları arasında mümkün olduğu qədər günəş işığına məruz qalmamağa çalışın və ya günəşdən qoruyucu kremlərdən istifadə edin.

İnfeksiyalardan qorunmaq
Dünyadaki bütün xərçənglərin 5-dən 1-i xroniki infeksiyalarla əlaqəlidir. Məsələn, HPV virusu (Human Papilloma Virusu) uşaqlıq xərçənginə, Hepatit B virusu qaraciyər xərçənginə səbəb olur. Təhlükəsiz və etibarlı bir cinsi həyat və vaxtında peyvəndlərinizi vurdurmaqla həm bu infeksiyalardan, həm də xərçəngdən qoruna bilərsiniz.

Sağlam qidalanmaq
Xərçəng riskini artıran qidalardan uzaq durulmalı, xərçənglə mübarizədə faydalı olan qidalardan istifadə edilməli, gündə ən az 2 litr yarım su içilməlidir. Kolbasa, sosiska kimi emal olunmuş ət məhsullarından yeməməli, gündə 23 qramdan artıq duz istifadə etməməlisiniz. Qırmızı ətin çox istifadə edilməsi yoğun bağırsaq xərçəngi riskini artırdığına görə həftədə ən çox yarım kilo istifadə edilməlidir. Bunun əvəzinə balıq, toyuq, hinduşka kimi ağ ətlər yeyilməlidir. Həmçinin, paxla, quru lobya, noxud, mərcimək kimi proteinlə zəngin qidalar süfrənizdən əskik olmamalıdır. İspanaq, qara kələm, brokoli, kahı kimi tünd yaşıl; pomidor, çuğundur, nar kimi tünd qırmızı; kök, balqabaq, ərik kimi sarı, narıncı; qırmızı kələm, badımcan kimi mavi-bənövşəyi; sarımsaq, soğan kimi ağ tərəvəzlər və meyvələrlə qidalanmalısınız, yəni süfrəniz rəngarəng olmalıdır.

İdmanla məşğul olmaq
Hər gün davamlı olaraq ən az 30 dəqiqə idmanla məşğul olanlarda döş, yoğun bağırsaq, uşaqlıq və prostat xərçəngi olma riski daha az olur.

Çəkini nəzarətdə saxlamaq
Artıq çəki başda döş xərçəngi olmaqla yoğun bağırsaq, uşaqlıq, yemək borusu, böyrək, mədəaltı vəzi, prostat və yumurtalıq xərçənginə səbəb olur. Beləliklə, arıqlamaq və çəkinizi nəzarətdə saxlamaqla xərçəng riskini azalda bilərsiniz.

Xərçəngin ilkin əlamətlərinin nələr olduğunu bilmək
Səbəbi bilinməyən çəki itirilməsi, hərarət, halsızlıq, keçməyən ağrılar, dəri dəyişiklikləri, bağırsaq və idrarda dəyişikliklər, gözlənilməyən və anormal qanama və axıntılar, sağalmayan yaralar, bədəninizdə əllə hiss edilən şişlər, udmaqda problem yaşamaq, həzmsizlik və səsin qısılması kimi hallar xərçəngin əlamətləri ola bilər. Bu əlamətləri hiss etdiyiniz zaman ən qısa müddətdə həkimə müraciət etməlisiniz.

Stressdən uzaq olmaq
Stress xərçəngi yaradan əsas səbəblərdən biridir. İdman, psixoloji konsultasiya, terapiya, depressiya və narahatlığa qarşı dərmanların istifadəsi kimi yanaşmalar stresslə başa çıxmaq üçün əhəmiyyətli metodlardır.
Etiketlər: istifadə, xərçənginə, bağırsaq, riskini, xərçəngi, yoğun, xərçəng, uşaqlıq, xərçəngdən, səbəb, borusu, yemək, qədər, qaraciyər, mədəaltı, mümkün, artırır, Spirtli, böyrək, etmək
BİZİ İZLƏYİN