• Yüksək təzyiq üçün xeyirli qidalar

Reseptin məlumatları Baxış sayı: 5 823

Tarix : 19-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Dünyada ən çox rast gəlinən xəstəliklərdən biri olan hipertoniya ilə mübarizədə qidaların əhəmiyyəti də nəzərə alınmalıdır. Yüksək təzyiq ölkəmizdə və dünyada ən çox görülən xəstəliklər arasındadır. Bu xəstəliyi qidalanma vasitəsilə nəzarət altında saxlaya bilər və yüksək təzyiqin yaratdığı ürək, beyin, göz və böyrək xəstəliklərindən qoruna bilərsiniz. Biz yüksək təzyiqlə mübarizə apardığınız müddətdə sizə köməkçi olacaq qidaları nəzərinizə çatdırırıq.

Tərəvəzlər
Tərəvəzlər təzyiqi aşağı salmaqla yanaşı, tərkibində olan qida lifi, potasium, maqnezium və digər minerallar sayəsində ümumi sağlamlığınıza yaxşı təsir edir. Təzyiq xəstələrinə hər gün yaşıl yarpaqlı tərəvəzlər başda olmaqla, 2-3 kasa fərqli rənglərdəki tərəvəzlərin çiy və ya qaynadılmış halda istifadə olunması tövsiyə olunur. Brokoli, kartof, ispanaq, pomidor və qabaq kimi tərəvəzlərin mütləq süfrənizdə olmasına diqqət yetirin.TərəvəzlərMeyvələr

Lif, vitamin və minerallarla zəngin olan meyvələr təzyiqi aşağı salmaq üçün ən yaxşı köməkçiniz ola bilər. Bunlardan banan, alma, çiyələk, şaftalı, ananas, manqo və sitrus meyvələri təzyiqi taraz saxlamaqda ən təsirli qidalardandır.MeyvələrSüd məhsulları

Kalsium damar sağlamlığı və damar tıxanıqlığının qarşısını almaq üçün lazımlı minerallar arasındadır. Buna görə də kalsium cəhətdən zəngin olan qatıq, süd, pendir kimi qidaları gündəlik qidalanmanıza əlavə etməyiniz təzyiqinizi normal saxlamaqda köməkçi olacaqdır. Lakin bu zaman istifadə etdiyiniz süd məhsullarının az yağlı və ya yağsız olmasına xüsusi diqqət etməlisiniz.Süd məhsullarıTam taxıllar

Qan təzyiqini aşağı salmağa kömək olan lif baxımından zəngin olan qara düyü, kəpəkli çörək, arpa və yulaf kimi tam taxılları qidalanma proqramınıza əlavə edə bilərsiniz. Ağ un və şəkər kimi karbonhidratlar əvəzinə tam taxıllı qidaları müntəzəm şəkildə istifadə etmək təzyiqi nəzarətdə saxlamağınıza kömək olacaqdır.Tam taxıllar

Balıq
Protein təzyiqi aşağı salmaq üçün əhəmiyyətli olmasına baxmayaraq, onun nə ilə qəbul edilməsi də əhəmiyyətlidir. Keyfiyyətli protein qaynağı olaraq somon, ton, pikşa kimi soyuq su balıqlarından yeyə bilərsiniz.BalıqÇərəz

Badam, fındıq, qoz və fıstıq kimi çərəzlər sağlam bir yağ qaynağı olaraq hər gün rahatlıqla istifadə oluna bilər.Çərəz

Ədviyyatlar
Duzun çox istifadə olunması təzyiqi yüksəldir. Buna görə də yeməklərinizi ləzzətləndirmək üçün duz yerinə qurudulmuş ədviyyatlardan istifadə edə bilərsiniz.
Etiketlər: təzyiqi, istifadə, aşağı, bilərsiniz, olmasına, qidaları, bilər, zəngin, yaxşı, köməkçi, qaynağı, kömək, Tərəvəzlər, tərəvəzlərin, salmaq, damar, saxlamaqda, əlavə, diqqət, olaraq
BİZİ İZLƏYİN