• Ramazan ayında necə qidalanmalı?

Reseptin məlumatları Baxış sayı: 2 627

Tarix : 4-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Ramazan ayının yay fəslinə düşməsi ilə aclıq və susuzluq daha çox hiss oluna bilər. Oruc tutan zaman özünüzü daha gümrah hiss etməyiniz üçün iftar süfrələrinizin qida dəyərləri ilə zəngin olması vacibdir.

Oruc tutulan saatlarda bədənimizdə yorğunluq, halsızlıq və davamlı yuxululuq hiss oluna bilər. İftar süfrənizdə 6 qida qrupuna aid yeməklər olmalıdır.

1-ci qrup: Ət qrupu.
Ət, balıq, toyuq, yumurta, pendir bu qrupa daxildir. Xüsusilə iftarda ət qrupunu mütləq yeməlisiniz. Ət qrupunu ətli tərəvəz yeməyi olaraq da yeyə bilərsiniz.

2-ci qrup: Çörək qrupu.
Çörək, plov, makaron bu qrupa daxildir. Çörək sahur üçün vacibdir. Bütün gün sizi tox saxlaması üçün 3-4 dilim buğda çörəyi yeməlisiniz.

3-cü qrup: Süd və qatıq qrupu.
Kalsiumla zəngin qidalar bu qrupa daxildir. Əgər sevirsinizsə, imsakda süd içə bilərsiniz. Qatıq, ya da az duzlu ayran da alternativ ola bilər.

4-cü qrup: Tərəvəz qrupu.
Tərəvəz yeməyi mütləq yeməlisiniz. Yanında salat da yesəniz, daha da faydalı olar.

5-ci qrup: Yağ qrupu.
Salatlarınızı mütləq faydalı zeytun yağı ilə zənginləşdirin. Əlavə olaraq 4-5 ədəd zeytun yeyə bilərsiniz. Fındıq, badam, qoz kimi faydalı çərəzlərdən də bir ovuc yeyin.

6-cı qrup: Meyvələr.
Meyvə şirniyyat istəyinizə cavab verəcək bir qidadır. Xüsusilə yeməkdən sonra meyvə yemək şirniyyat ehtiyacını tamamilə qarşılayır. Qidaların içindəki qida elementlərinin bədənə alınmasını asanlaşdırır.
Etiketlər: qrupu, Çörək, bilərsiniz, yeməlisiniz, mütləq, bilər, faydalı, daxildir, qrupa, zeytun, vacibdir, zəngin, qrupunu, Xüsusilə, şirniyyat, yeməyi, Tərəvəz, oluna, olaraq, yesəniz
BİZİ İZLƏYİN