• Beyni işlədən qidalar

Reseptin məlumatları Baxış sayı: 4 337

Tarix : 26-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Yediyimiz qidaların insanın yaddaş və diqqəti üzərində çox vacib təsiri var. Bəzi qidaları daha çox qəbul edərək yaddaş və diqqətinizi artırıb, daha sürətli düşünə bilməyiniz mümkündür.

Beyni işlədən qidalar:
Yumurta: D vitamini deposu olan yumurta hüceyrələrin özünü bərpa etməsini təmin edərək, beynin fəaliyyətini inkişaf etdirir.

Qatıq: İçində olan tirozin adlı maddə yaddaşı gücləndirib, beyni hərəkətə gətirir.

Qırmızı ət: Dəmir deposu olan qırmızı ət xüsusilə uşaqlarda zəkanın inkişafı zamanı böyük rola malikdir.

Üzüm suyu: Qısa və uzun müddətli yaddaşı gücləndirir. Ancaq eyni təsiri şərab vermir.

Çiyələk: Antioksidant və C vitamini deposudur. Yaş irəlilədikcə zəifləyən beyin funksiyalarını qaydasına salır.

Kartof: Qan şəkərini nizamlayır və bunun sayəsində beyin yaxşı işləyir.

Soya: Soya südü və soyalı qidalar yaşlılıqdan qaynaqlanan zəka çatışmazlığını gecikdirir.

Qoz, fındıq, fıstık: Diqqət üçün qoz, fındıq, fıstıq kimi sinirləri qüvvətləndirən qidaların yeyilməsi məsləhət görülür.
Etiketlər: yaddaşı, edərək, qidalar, vitamini, beyin, deposu, təsiri, fındıq, yaddaş, qidaların, zəifləyən, böyük, salır, zamanı, funksiyalarını, irəlilədikcə, qaydasına, deposudur, şərab, müddətli
BİZİ İZLƏYİN