• Beyinə faydalı vitaminlər

Reseptin məlumatları Baxış sayı: 3 208

Tarix : 15-07-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Kalium beynin normal işini davam etdirməsi baxımından çox əhəmiyyətli bir mineraldır. Çünki sinirlərə olduqca müsbət təsiri var. Sinir sistemindəki mesajların çatdırılmasını təmin edir. Kaliumu necə ala bilərəm desəniz, banan, avokado, kivi, əncir, kələm, brokoli, kartof, zeytun, sarımsaq, süd məhsulları və portağal suyunu tövsiyə edə bilərik.

B vitamini
Çox növü olan B vitamini beyin mərkəzi üçün çox əhəmiyyətlidir. Təməl sinir və beyin funksiyalarının düz çalışması üçün lazım olan B vitamini qidalanma proqramınızda hər vaxt iştirak etməlidir. B vitaminini taxıllar, paxlalılar, süd məhsulları, toyuq və balıqdan ala bilərsiniz.

C vitamini
Güclü bir antioksidantdır. Beyinin bulanıqlığına ən yaxşı təsir edən vitamindir. Xüsusilə ağır və yağlı bir yeməkdən sonra C vitamini tövsiyə edilir. Çiyələk, limon, portağal, naringi kimi C vitamini ehtiva edən yeməklər həm beyninizə, həm də ruhunuza çox yaxşı təsir edəcək.
Etiketlər: vitamini, tövsiyə, portağal, yaxşı, təsir, məhsulları, beyin, balıqdan, toyuq, paxlalılar, bilərsiniz, Güclü, Beyinin, antioksidantdır, taxıllar, vitaminini, lazım, çalışması, qidalanma, proqramınızda
BİZİ İZLƏYİN