• Meyvə şirələrinin faydaları

Reseptin məlumatları Baxış sayı: 2 704

Tarix : 16-07-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Elm adamları yaşlanma, Alzheimer, xərçəng, ürək xəstəlikləri kimi xroniki narahatlıqlara qarşı təzə sıxılmış meyvə suyu qəbul edilməsini tövsiyə edir. Xüsusilə qara üzüm, qreypfrut, alma və nar suyunun hər cür xəstəliklə mübarizə aparan antioksidantlar baxımından zəngin olduğu bilinir. Təzə sıxılmış meyvə sularının həftədə ən az 3 dəfə qəbul edilməsi təklif edilir.

Glasgow universitetində keçirilən araşdırmalarda davamlı meyvə suyu istehlakının yaşlanmanın təsirlərini yavaşlatdığı, Alzheimer, xərçəng və ürəklə bağlı xroniki xəstəliklərə tutulma riskini də azaltdığı ortaya çıxdı. Təzə sıxılmış meyvə suları yaşlanmağa, ya da xroniki xəstəliklərə səbəb olan sərbəst radikalların ən böyük düşməni olaraq bilinən antioksidantları böyük miqdarda ehtiva etdiyindən bu təsiri yaradır. Bu baxımdan ən faydalı meyvələr qara üzüm, qreypfrut, alma və nardır. Ən çox antioksidant üzüm, qreypfrut, alma və nar suyunda var.

Araşdırmanın nəticələrinə görə həftədə ortalama 3 dəfə bu meyvələrin suyunun içilməsi Alzheimer riskini yüzdə 76, ürək xəstəlikləri riskini isə yüzdə 30 nisbətində salır. Bu meyvə sularındakı antioksidantlar sərbəst radikalların hüceyrələrə hücum yox etməsinə maneə törədir. Bu da yaşlanma təsirlərini yüngülləşdirir. Mütəxəssislər meyvə sularında rast gəlinən antioksidantların qırmızı şərab, qəhvə və şokoladda da olduğunu, bu qidaların da məqbul miqdarlarda yeyilib-içilməsinin faydalı ola biləcəyini vurğulayır.
Etiketlər: meyvə, qreypfrut, sıxılmış, xroniki, riskini, Alzheimer, antioksidantlar, radikalların, suyunun, sərbəst, təsirlərini, yüzdə, həftədə, xəstəliklərə, böyük, xərçəng, xəstəlikləri, faydalı, qəbul, yaşlanma
BİZİ İZLƏYİN