• Kərə yağını belə istifadə edin!

Reseptin məlumatları Baxış sayı: 2 185

Tarix : 22-07-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Gərəyindən çox istifadə etməmək şərtilə qidalanmada kərə yağına yer vermək lazımdır. Ancaq kərə yağını daha faydalı hala gətirmək mümkündür.

Məşhur fransız mətbəxinin usta şeflərinin sirri kərə yağıdır. Əslində sevdiyimiz, amma yeməkdən çəkindiyimiz kərə yağını sağlam hala gətirmək mümkündür. Kərə yağının içində beyin üçün faydalı vitaminlər var. İçində yüksək xolesterol olduğu üçün xolesterol problemi olanlara məsləhət görülmür. Amma tərkibində olduqca faydalı Kalium da var. Kərə yağını çox sevirsiniz, amma mənfi təsirinin olmasını istəmirsinizsə, onu saf yağa çevirə bilərsiniz.

Sadə yağ digər yağlar ilə müqayisədə daha fərqli xüsusiyyətlərə malikdir:

- Sadə yağ yeməklərə kərə yağı da daxil olmaqla müqayisədə daha çox ləzzət verir.

- Bişirdiyiniz yeməyə 1 və ya 2 çay qaşığı əlavə etməyiniz bəsdir.

- Sadə yağ 200-240 dərəcəyə qədər dözümlüdür. Qızartmada istifadə edə bilərsiniz. Kərə yağında bu rəqəm 150 dərəcədir.

- Soyuducuda 1 il qala biləcək qədər dözümlüdür.

- Daha faydalıdır. Çünki içində laktoza və ya oksidləşdirilmiş xolesterol yoxdur.

- A, D, E vitaminləri baxımından zəngindir. Həmçinin tərkibindəki K2 vitamini sümüklərin güclənməsinə kömək edir.
Etiketlər: faydalı, yağını, xolesterol, içində, gətirmək, dözümlüdür, qədər, mümkündür, müqayisədə, bilərsiniz, istifadə, əlavə, qaşığı, etməyiniz, bəsdir, dərəcəyə, yeməyə, Bişirdiyiniz, xüsusiyyətlərə, malikdir
BİZİ İZLƏYİN