• Uşaqlar üçün beyin inkişafına faydalı qidalar

Reseptin məlumatları Baxış sayı: 507

Tarix : 28.07.2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Diqqəti və yaddaşı gücləndirən, uşaqların zehni inkişafına böyük fayda verən qidaların nələr olduğunu sizin üçün araşdırdıq.

Uşaqların inkişafı üçün düzgün qidalanmağın vacib olduğunu bütün ata-analar bilir. Bəzi qidalar xüsusilə beyin funksiyalarının yaxşı işləməsini təmin edir və uşaqların məktəbdə diqqətinin artmasına, yaddaşlarının güclənməsinə kömək edir. Uşaqların gündəlik olaraq qəbul edəcəyi faydalı qidaları məqaləmizdən oxuyun.

Yumurta:
Gündəlik qidalanmada mütləq yumurtaya yer vermək lazımdır. Çünki yumurta çox zəngin bir qidadır. Yumurta içərisində ola kolin, omega-3 yağ turşuları və sinkin köməkliyi ilə uşaqların diqqətini gücləndirir. Kolin xüsusilə beyin inkişafı və diqqət üçü vacibdir. Həmçinin kolin beynin bədənlə və digər orqanlarla əlaqəsini təmin edir.

Balıq:
Vaxtı-vaxtında balıq yemək beyinin inkişafı üçün çox faydalıdır. Balıq tərkibindəki omega-3 yağ turşularının köməkliyi ilə beyinin yaşlanmasının qarşısını alır. Uşaqların zehni inkişafı üçün böyük əhəmiyyətə malik olan balıq uşaqların problem həll etmə qabiliyyətini, diqqətini və yaddaşını gücləndirir.

Qatıq:
Qatıq uşaqlarda həm zehni, həm də sümük inkişafı üçün vacibdir. Həmçinin gündəlik qəbul edilməsi vacib olan qidalardan biridir. Tam yağlı, şəkərsiz, təzə qatıq beyin hüceyrələrinin daha sürətli informasiya ötürməsinə kömək edir. Eyni zamanda gözlərin inkişafına fayda verir. Uşağınız qatığı gün ərzində yeməklərin yanında qəbul edə bilər.

Yaşıl tərəvəzlər:
Yaşıl tərəvəzlər tərkibində olan vitamin, mineral və antioksidantlar ilə beyni ən çox işlədən qidalardan biridir. Uşaqların beyin inkişafı üçün hər gün ən az bir porsiya tərəvəz və xüsusilə yaşıl yarpaqlı göyərtilər yeməyində fayda var.

Etiketlər: inkişafı, uşaqların, beyin, Uşaqların, qəbul, fayda, xüsusilə, zehni, diqqətini, kömək, köməkliyi, kolin, Yumurta, gündəlik, omega, Həmçinin, qidalardan, biridir, Yaşıl, tərəvəzlər
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica