• Yoğurt yüksək təzyiqdən xilas edir

Reseptin məlumatları Baxış sayı: 2 239

Tarix : 4-08-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


1 kiçik boşqab yoğurt sizi yüksək təzyiqdən xilas edə bilər.Bu nəticəyə gələn ABŞ mütəxəssisləri iddia edirlər ki,gündəlik qidalarında yoğurt tez-tez istifadə edən insanlar daha az ehtimalla yüksək təzyiqdən əziyyət çəkirlər. Bu qərar könüllülər üzərində aparılan 15 illik tədqiqatdan doğur.Onların hər biri həftədə ən azı 3 dəfə yoğurt qəbul etmişlər.Alimlərin hesablamalarına görə gündəlik kalorinin 2% yoğurtdan qəbul olunarsa yüksək təzyiq riski 31% aşağı enmiş olar.Aşağıkalorili yoğurtun 3 gündən bir qəbulu sizi əminliklə hipertoniyadan sığortalamış olacaqdır.Buna səbəb onların tərkib hissəsinə daxil olan və qan təzyiqini aşağı salan “dostsevər bakteriyalar” hesab olunur.
Etiketlər: yüksək, yoğurt, aşağı, gündəlik, qəbul, təzyiqdən, yoğurtun, Aşağıkalorili, gündən, qəbulu, hipertoniyadan, əminliklə, enmiş, olunarsa, yoğurtdan, təzyiq, riski, boşqab, sığortalamış, olacaqdır
BİZİ İZLƏYİN