• Giləmeyvə yemək üçün 5 səbəb

Reseptin məlumatları Baxış sayı: 3 104

Tarix : 23-08-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


1. Xəstəliklə mübarizə
Giləmeyvələr ürək xəstəliyi, xərçəng və yaşla əlaqədar yaranan korluğa qarşı mübarizə aparan təbii antioksidant mənbəyidir. Giləmeyvələr içərisində qarağat daha çox üstünlük təşkil edir.

2. Vitaminləri artırır
Bir fincan çiyələk insanın ürəyinin sağlamlığı üçün lazım olan C vitaminini özündə saxlayır. Araşdırmalar sübut edib ki, gün ərzində çiyələk yeyen insan C vitamini ilə təmin olunur.

3. Xərçəng riskini azaldır
ABŞ-da aparılan tədqiqatlar göstərib ki, qarağatın tərkibində olan pterostilben qadınlarda tez-tez rast gəlinən kolon xəstəliyinə qarşı kömək edir. Piroq və cemlərin tərkibində istifadə edilən giləmeyvələr də eyni şəkildə sağlamlıq üçün önəmlidir. Onların bişirilməsi tərkiblərində olan xeyirli maddələri məhv etmir.

4. Əlavə kalium mənbəyidir
Qara, qırmızı və ağ qarağatlar — kaliumu bol olan məhsullardır, onlar aşağı qan təzyiqinə kömək edir. Firəng üzümü də bu baxımdan xeyirlidir.

5. Liflə təmin edir
Qarağatın tərkibi təxminən iki qram lifdən təşkil olunmuşdur ki, bu da buğda çörəyinin tərkibindəki ilə eynidir. Həmçinin böyürtkən, moruq və çiyələyin tərkibində aşağı xolesterinə kömək edən liflər vardır.
Etiketlər: tərkibində, kömək, aşağı, mənbəyidir, qarşı, çiyələk, mübarizə, təşkil, təmin, Giləmeyvələr, Əlavə, kalium, qırmızı, onlar, məhsullardır, kaliumu, qarağatlar, etmir, bişirilməsi, şəkildə
BİZİ İZLƏYİN