• Babasıl zamanı qidalanma rejimi

Reseptin məlumatları Baxış sayı: 141

Tarix : 7.02.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Düzgün olmayan qidalanma bir çox hallarda müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb olur və babasil burada istisna deyil.

Babasilin əmələ gəlməsində və kəskinləşməsində qida faktoru əsas rollardan birini oynayır.

Bəzi qidaların qəbulu aralıq və kiçik çanaq damarlarına qanın axmasını artırır. Hisə verilmiş, marinada qoyulmuş, konservləşdirilmiş qidalar, ədviyyatlar, acı souslar və spirtli içkilərin həddən artıq miqdarda qəbulu məhz belə effekt verir. Bu venoz sisteminin qanla həddən artıq dolmasına və vaxt keçdikcə babasil düyünlərinin əmələ gəlməsinə səbəb olur.

Beləliklə, babasilin və onun kəskinləşməsinin profilaktikası tədbirlərindən biri düzgün qidalanmadır.

Bundan əlavə babasil zamanı pəhrizin əsas şərti qəbizliklərin profilaktikasıdır. Babasil və onun kəskinləşməsi zamanı qəbizliklər xəstəyə əlavə problemlər yaradır. Babğırsaqların yaxşı işləməsi üçün orqanizmə kifayət miqdarlarda sellüloz lazımdır. Meyvə-tərəvəz, buğda kəpəyi sellülozla xüsusilə zəngindir. Sellüloz nəcis kütləsini yumşaldır və bunun nəticəsində bağırsaqların boşalması asanlaşdırılır. Xəstəliyin kəskinləşməsi zamanı isə yumşaq nəcis kütləsi babasil düyünlərini zədələmir və defekasiya zamanı ağrılara səbəb olmur.

Babasilin profilaktikası üçün insan hər gün kifayət miqdarda maye qəbul etməlidir. Bu nəcis kütləsini daha yumşaq edir və nəticədə defekasiya aktı asanlaşır. Bərk nəcis kütləsi defekasiyanı çətinləşdirir ki, insan gücənməyə məcbur olur, babasil düyünləri zədələnir və qanayır, anal çatlar əmələ gəlir.

Babasil xəstəliyi zamanı pəhrizin əsas şərtlərindən biri daha tez-tez və daha az miqdarlarda (gündə 5-6 dəfə) qida qəbul etməkdir.

Babasil zamanı pəhrizin əsasını meyvə-tərəvəz və dənli bitkilər təşkil etməlidir. Qarabaşaq, yulaf, arpa yarmalarından olan qidaları qəbul etmək olar, düyü və manna yarmaları isə pəhrizdən kənarlaşdırılmalıdır. Təzə ağ çörək qəbul etmək olmaz, qara və tərkibində buğda kəpəyi olan çörək isə olar.

Tərəvəzlərin arasında çuğundur, kök, yunan qabağı, xiyar və pomidor, brokkoli və gül kələminə üstünlük vermək lazımdır. Onları suda və ya buğda bişirmək və çiy vəziyyətdə qəbul etmək olar. Meyvələrin arasında alma, banan, ərik, gavalı, sitrus meyvələri və quru meyvələrinə (ərik, qavalı, əncir qurusu, üzüm) üstünlük vermək lazımdır. Fikir verin ki, meyvələr tam yetişmiş olsun.

Babasil zamanı yağsız ət və balıq yemək olar. Onları buğda və ya sobada bişirmək lazımdır.

Bitki yağları da çox xeyirlidir. Onları salatlara əlavə etmək yaxşıdır.

Süd məhsulları qəbul etmək olar, lakin süd əks-göstərişdir.

Şirə, mors, tünd olmayan çay içmək olar. Bundan əlavə hər gün təmiz su içmək lazımdır. Qəbizliklərin profilaktikası üçün hər səhər acqarına 1 stəkan ilıq su için.

Babasil xəstəliyi olan insan yağlı, qızarmış, kəskin qidalardan, konservləşdirilmiş və marinada qoyulmuş qidalardan imtina etməlidir. Təzə ağ çörək, tort və pirojnalar, mayalı xəmirdən olan un məmulatları, şokolad rasiondan çıxarılmalıdır. Tünd çay və qəhvə, kakao, alkoqol içkilərin qəbulu da əks-göstərişdir.

Tərəvəzlərin arasında kələm, ağ və qırmızı turp, paxlalılar (noxud, lobya və s.) bağırsaqların köpməsinə səbəb olur və bu səbəbdən onları babasil zamanı qəbul etmək olmaz. Kartofu rasionda məhdudlaşdırmaq lazımdır.

Etiketlər: zamanı, qəbul, lazımdır, etmək, babasil, Babasil, əlavə, nəcis, buğda, səbəb, insan, profilaktikası, Onları, pəhrizin, arasında, qəbulu, çörək, etməlidir, əmələ, bişirmək
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica