• Gələcəyin qidaları

Reseptin məlumatları Baxış sayı: 412

Tarix : 14.10.2017, 20:00

Bölmə : Qidalanma qaydaları


İngiltərənin məşhur yayım quruluşu BBC-nin “The One Show” verlişinin aparıcısı Michael Mosley qeyd edir ki, hal-hazırda yer kürəsində 7 milyardan artıq insan yaşayır və milyonlarla insan xroniki olaraq yaxşı qidalana bilmir. Lakin bu o demək deyil ki, onlar aclıq çəkirlər.

Hazırda 120 milyon insanda “A” vitamini çatışmamazlığı vardır, bu isə sonda gözlərin zəifləməsinə və korluğa səbəb olur. Heyrətləndirici haldır ki, planetimizdə 2 milyard insanda dəmir çatışmamazlığı mövcuddur. Bu səbəbdən də onların əksəriyyəti gün ərzində yorğun və halsız olurlar.

Əgər sizin gündəlik qidalanmanızda kifayət qədər “C” vitamini yoxdursa, bu zaman siz skorbut xəstəliyinə yoluxa bilərsiz. Nəticədə sizdə yorğunluq, iştaha azalması, yaralanmış toxumaların gec sağalması, dəridə quruluq və çatların yaranması, immunitet çatışmamazlığı, diş əti qanamaları müşahidə ediləcək. Əgər siz kifayət qədər kalsium və “D” vitamini qəbul etməsəniz bu zaman sizdə raxitlik xəstəliyi yarana bilər. Bütün bu faktlar göstərir ki, insan orqanizimi üçün vacib olan əsas qidaların qida rasionunda olaması bədənin zəifləməsinə və sıradan çıxmasına səbəb olur. Bu səbəbdən də alimlərin insan üçün vacib olan ərzaqları inkişaf etdirməsi son dərəcə vacib məsələdir. Qida çatışmamazlığından ən çox əziyyət çəkən yaş qrupu 5 yaşından aşağı yaş qrupudur. Belə ki, 5 yaşıdan kiçik uşaqların 1\3-nin ölüm səbəbi lazımi qidalanmamadır. Ümumiyyətlə, bütün bu sadalananlar göstərir ki, pis qidalanma əsas qlobal problemlərdən biridir və bu problemin həlli yolları təcrübə mərkəzlərində yeni ərzaq növlərini inkişaf etdirməkdir.

Qidaları elmi yolla inkişaf etdirmək
Xroniki pis qidalanma mürəkkəb və qlobal problemdir, hansı ki sonda ciddi xəstəliklərə səbəb olur. Bu səbəbdəndir ki, müasir dövrün alimləri yüksək enerjili, daha xeyirli və lazımi vitaminlərlə zəngin qidalar yaratmaq üçün müxtəlif yollar axtarırlar.

Gücləndirici qidalar.
Golden RiceGeniş əhali kütlələrinin qidalanma problemini həll etməyin əsas yollarından biri vacib mikroqidaların əsas məhsullara istehsal prosesində əlavə edilməsidir. Misal üçün, qənnadı məhsullar və dənli bitkilərə. Lakin bununla belə elə kasıb icmalar vardır ki, hər kəs bu ərzaq məhsullarını əldə etmək imkanında deyil. Bu səbəbdəndir ki, alimlər dünya əhalisinin 3\2 -sinin yaşadığı və əsas qidası düyü olan Cənubi-Şərqi Asiya ölkələrində pis qidalanma problemini həll etmək məqsədilə bio-gücləndirici qida sayılan “A” vitamini ilə zəngin olan “Qızı Düyü” sortu yaradıblar.

Həşəratlar
Həşaratlar insan üçün zəruri olan heyvan zülalarının, yağın, lifin və mineralların əsas mənbələrindən biridir. Halhazırda bu canlılar dünyada 2 milyar insanın ənənəvi qida rasionunun əsas tərkib hissəsinə çevrilmişdir. Misal üçün, Tailanda artıq 20,000 həşərat ferması fəaliyyət göstərir. Yeni istehsal üsulları ilə yaxın gələcəkdə bu canlılar quşların və məməlilərin insan qida pəhrizindəki yerini tutacaqlar.Sintetik (süni) ət

Sintetik (süni) ət
Dünya əhalisinin sürətlə artması ət məhsullarına olan tələbi kəskin şəkildə artırır. Bu isə kənd təsərrüfatı işçilərindən daha çox məhsul istehsal etməyi tələb edir. Belə bir şəraitdə alternativ çıxış yolu laboratoriyalarda inəyin kök hüceyrəsindən istifadə edərək sintetik ət məhsulları yaratmaqdır. İlkin nəticə də kiçik ölçülü və daha az ləzzətli olan məhsullar əldə edilsə də, yaxın gələcəkdə sintetik ət istehsalı əsas qida rasionuna çevriləcəkdir.

Hazırladı: Mushvig Husseinli

Etiketlər: insan, qidalanma, vitamini, vacib, göstərir, çatışmamazlığı, istehsal, inkişaf, səbəb, lazımi, məhsullar, sonda, vardır, səbəbdən, zəifləməsinə, qlobal, Sintetik, yaxın, əhalisinin, sizdə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica