• Sağlamlığınıza faydalı 10 ən güclü qida

Reseptin məlumatları Baxış sayı: 3 744

Tarix : 25-01-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Gərgin iş tempindən və iş yerindəki stressdən yorğun mu düşürsünüz? Budur kayzen.az saytı olaraq stresslə mübarizə aparmaqda tam sizə kömək edəcək 10 qida və onların sağlamlığa faydaları ...

Yulaf əzməsi: Lifləri sayəsində xolesterolu salır, qan şəkərini balanslarşdırır, tox tutur, eyni zamanda tərkibində karbonhidrat, zülal və dəmir ehtiva edir. Səhər yeməyində 1 kasa südün içərisinə 3-4 yemək qaşığı yulaf əzməsi, 2 ədəd quru ərik, 2 ədəd qoz və 1/4 çay qaşığı darçın əlavə edib qəbul edə bilərsiniz.

Acı şokolad: Lif, dəmir, maqnezium və mis baxımından zəngin olan acı şokolad sütlü şokolada görə daha çox kakao, antioksidan və daha az şəkər ehtiva edir. Daimi olaraq istehlak edildiyində ürək-damar xəstəlikləri riskini azaldır. Çox çox istehlak edildiyində kilo aldırır, bu səbəblə istehlak etdiyiniz miqdara diqqət edin.

Kələm: B, C və E vitaminləri, ayrıca dəmir və kalsium baxımından zəngin olan kələm xora xəstəliyinə yaxşı gəlir, qəbizliyi aradan qaldırır, immunitet sistemini gücləndirir. Günorta və ya axşam yeməyində 1 kasa qaynadılmış kələm, 1 kasa qatıq, salat və 1-2 dilim tam taxıllı çörək istehlak etmək sağlamlığınız üçün önəmli olacaq.

Qəhvə: Qəhvə içəcəyiniz zaman kafeinsiz seçim edə bilərsiniz. Gündə qəbul etdiyiniz 1 fincan qəhvə yaddaşı gücləndirir, öskürəyə yaxşı gəlir və konsentrasiyanı artırır.

Badam: Omega-3 qaynağı olan badam hər gün nizamlı olaraq istehlak edildiyində xolesterolu salır, ürək-damar xəstəliklərinə qarşı qoruyur, tok tutur və zəifləməyə köməkçi olur. Hər gün fasilə ilə 15 ədəd badam istehlak edə bilərsiniz.

Kartof: Dəmir, kalsium, maqnezium, və xüsusilə B, C, və nişasta baxımından zəngin bir qidadır. Ehtiva etdiyi lif sayəsində bağırsaqları işlədər, həzmi asanlaşdırır və immunitet sistemini gücləndirər. Diabet xəstələrinin çox istehlak etməməsi lazım olan bir qidadır.

Qatıq: Kalsium baxımından zəngin olan qatığın sağlamlığımıza çox faydası var. Dərini gözəlləşdirir, immunitet sistemini gücləndirir, həzmi asanlaşdırır, tox tutur və xüsusilə hər gün nizamlı olaraq istehlak edildiyində yağ yandirmağı sürətləndirərək kilo vermənizə köməkçi olur. Hər gün 1 kasa qatıq istehlak etməyi unutmayın!

Yaşıl çay: Maddələr mübadiləsini sürətləndirir, xərçəng xəstəliklərinə qarşı qoruyur, yaşlanmağı gecikdirər və stressi azaldır. Yaponiyada edilən bir araşdırmaya görə gündə nizamlı olaraq 2 fincan yaşıl çay içmək irəli yaşlarda ortaya çıxan parkinson və altsaymer xəstəliklərinə önləyici təsiri olduğu sübut edilmişdir. Gündə mütləq 2 fincan yaşıl çay istehlak edin.

Avokado: Doymamış yağ turşuları baxımından zəngin olan avakado qəbizliyi aradan qaldırar, immunitet sistemini gücləndirir, ürək- damar və xərçəng xəstəliklərinə qarşı qoruyur. Avakadonu salat və ya yalnız meyvə olaraq istehlak edilə bilər.

Sarıkök: Bir çox xəstəliyə qarşı faydası olan sarıkök altsaymer xəstəliyinin riskini azaldır, xərçəng xəstəliklərinə qarşı qoruyur və həzmi asanlaşdırır. Sarıkök yeməklərə əlavə edə, qatıq ilə qarışdıraraq istehlak və ya çay olaraq içə bilərsiniz.

Hazırladı: MushviG.H
Etiketlər: istehlak, olaraq, zəngin, baxımından, xəstəliklərinə, qarşı, bilərsiniz, immunitet, edildiyində, sistemini, gücləndirir, qoruyur, həzmi, nizamlı, asanlaşdırır, dəmir, fincan, qatıq, xərçəng, azaldır
BİZİ İZLƏYİN