• Doşabın növləri və faydaları

Reseptin məlumatları Baxış sayı: 10 320

Tarix : 14-05-2018, 18:00

Bölmə : Qidalanma qaydaları


Doşab müxtəlif meyvələrdən qaynadılaraq hazırlanan şəkərli, qatı mayedir. Onun digər adı isə bəkməzdir. Xurma, üzüm, tut, armud doşabı kimi növləri olan bu qiymətli məhsuldan bir çox valideynlər uşaqlarda iştahanı artırmaq üçün istifadə edirlər. Lakin doşab təkcə iştahanı artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir.

Onun faydaları inanılmaz dərəcədə çoxdur. Məsələn, çox yaxşı antioksidant olan doşab, eyni zamanda qan azlığını aradan qaldıran qidaların arasında ən önəmlisidir.

Doşab bəzi rayonlarda yetişdirilən bal armudundan hazırlanır. Bunun üçün armudun meyvələrini iki hissəyə ayırıb, sıxıb şirəsini çıxardırlar. Alınmış şirə qatı şərbət halına düşənə qədər qaynadılır. Nəticədə əldə edilən armud bəkməzindən iştaha artırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir.

Həmçinin qüvvətverici və sidikqovucu dərman kimi istifadə olunur. Armud doşabı qurdları salmaq üçün əla və təbii vasitədir. Tut doşabı da eynilə üzüm doşabı kimi, xalq arasında ən çox tanınandır. O da digər doşablar kimi sağlamlıq mənbəyidir.

Qan azlığının qarşısını alan faydalı maddədir. Mədə xəstəliklərində xüsusən, xora xəstəliyinə qarşı tut doşabı çox yaxşı təsir edir. Asma və bronxit xəstəliklərində də faydalıdır. Soyuğa və soyuqdəyməyə qarşı tut doşabı orqanizmin müqavimətini və iş qabiliyyətini artıran xüsusiyyətə malikdir. Uşaqlarda tez-tez rast gəlinən ağız kandidozu xəstəliyinə qarşı geniş istifadə edilir.

Qan azlığı və dəmir çatışmazlığını, xora kimi mədə narahatlıqlarının qarşısını alır. Üzüm doşabı xalq arasında ən çox tanınan doşab növlərindən biridir. Bu növ doşab bədəni yumşaldır, istilik və quruluq verir, sinə və qaraciyər üçün münasib sayılır. Bədəndəki qanın miqdarını artırır. Təbii ki, bədən üçün əsl enerji mənbəyidir. İştahanı açır. Hamiləlikdə və körpə inkişafında çox təsirli və faydalıdır. Üzüm doşabı uşaqların kalsium ehtiyacını təmin etmək üçün kifayət qədər kalsium və fosfora malikdir.

Xurma doşabı — ürək və damar xəstəlikləri riskini azaldır, beynin və bədənin inkişafına yardımçı olur. Quru öskürəyi kəsir. Boğaz ağrısını aradan qaldırır. Bronxit və soyuqdəyməyə qarşı olduqca təsirlidir. Həddindən artıq çəki azlığından şikayətlənənlər xurma doşabı ilə kökələ bilər.

Təzə südü badam ilə qarışdırıb yemək ürək döyüntüsünü və zəifliyi aradan qaldırır. Zəfəran qatılmış xurma doşabı əhval-ruhiyyəni yaxşılaşdırır. Həddindən artıq çox istifadə etmək qana ziyan verə bilər. Necə deyərlər, hər şeydən qədərində yararlanmaq lazımdır.
Etiketlər: doşabı, istifadə, qarşı, doşab, arasında, aradan, malikdir, qaldırır, qədər, dərman, Həddindən, artıq, xurma, yaxşı, mənbəyidir, qarşısını, faydalıdır, soyuqdəyməyə, etmək, bilər
BİZİ İZLƏYİN