• Ən yaxşı səhər yeməyi

Reseptin məlumatları Baxış sayı: 215

Tarix : 5.12.2017, 20:00

Bölmə : Qidalanma qaydaları


Diyetoqlar və həkimlərin ümumi fikrinə görə, ən faydalı səhər yeməyi yulaf yarması sıyığıdır. Hər səhər 1 boşqab yulaf yarması sıyığını yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər. Bu sıyığı faydalı və müalicəvi xüsusiyyətləri arasında:

— qanda xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun əmələ gəlməsinin qarşısını alır. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun əsas səbəbi sayılır.

— stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir.

— tez toxluq hissi yaradır. Sübut olunub ki, səhər yeməyi zamanı yulaf yarması sıyığını yeyən insan nahar zamanı daha az yemək yeyir. Bu isə arıqlamağa kömək edir.

— mədə-bağırsaq sisteminə çox müsbət təsir edir, həzm prosesləri yaxşılaşdırır. Mədədə kiçik xoraların və eroziyaların sağalmasını sürətləndirir.

— saç, dırnaq və dərinin vəziyyətini yaxşılaşdırır.

— orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır metalların duzları və s.) təmizləyir.

— qəbizlik zamanı çox yaxşı kömək edir.

Suda bişirilmiş yulaf yarması daha faydalı sayılır. Sıyığa yağ, quru və ya təzə meyvələr, şəkər tozu, bal, ədviyyatları (darçın, vanil, sarıkök, zəncəfil) əlavə etmək yaxşıdır. Arıqlamaq istəyirsinizsə, sıyığa heç nə əlavə etməyin (ədviyyatları əlavə etmək olar).

Yulaf yarması yulaf yarması lopalarından (gerkules kimi) daha faydalıdır. Bu səbəbdən yarmadan istifadə etmək daha yaxşıdır.

Etiketlər: yarması, yulaf, yaxşılaşdırır, səhər, faydalı, etmək, zamanı, əlavə, sayılır, ədviyyatları, yaxşıdır, insan, kömək, sıyığını, yeyən, yeməyi, toksinlər, şlaklar, dırnaq, maddələrdən
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica