• Portağal şirəsində balıq resepti

Reseptin məlumatları Baxış sayı: 14 744

Tarix : 2-01-2016, 15:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Kanar adalarında balığı portağal şirəsində hazırlayırlar. Sousu qatı olsun deyə adalarda və Latın Amerikanın bir çox ölkəsində çox istifadə olunan qofiodan - buğda, arpa və qarğıdalı ununun qarışığından istifadə olunur. Üstəlik, bu un qovrulmuş buğdadan hazırlanır. Qofionun tərkibində duz da var. Əlbəttə, belə ekzotikanı tapmaq çətindir, amma buğda və qarğıdalı ununu qarışdırıb, bir azca qovursanız, duz vursanız, qofionun təqlidi alınar.

Kanarlılar balığı birbaşa dənizdən tutub portağal şirəsində bişirirlər. Yəni buzlu balıqla belə rəftar keçməz. Amma portağallı sousu ayrıca hazırlayıb, qızardılmış balıqla versəniz, onun da dadı qəşəng olacaq.

Tərkibi:
600 q dəniz balığı (məsələn, panqasius filesi)
2 portağal
0,5 limon
1 ç.q. qofio
azca zəfəran
2 diş sarımsaq
qızartmaq üçün zeytun yağı
portağal sedrası
duz
cəfəri

Hazırlanması:
Zəfəranla unu (qofio) 50 ml soyuq suda qarışdırın, elə edin ki, içində lopa qalmasın, un tam həll olunsun.

Limon və portağalların şirəsini sıxın, 150 ml alınmalıdır.

Balığı duzlayın, zeytun yağında hər iki üzünü qızardın (tam bişsin). Qızdırılmış boşqabın içinə qoyun.

Balığı qızartdığınız tavada xırda doğranmış sarımsağı və cəfərini qovurun, şirəni əlavə edin.

Azca suyu buxarlanandan sonra un-su-zəfəran qarışığını əlavə edin, daim qarışdıraraq, eynicinsli sous alınanadək bişirin. Əgər qofio istifadə etmirsinizsə (buğda və qarğıdalı unudursa), duz vurun.

Bir qədər portağal sedrası əlavə edin.

Balığı süfrəyə verəndə sousu üstünə gəzdirin.

Nuş olsun!
Etiketlər: portağal, balığı, istifadə, buğda, qarğıdalı, qofio, Balığı, əlavə, sousu, balıqla, olsun, zeytun, şirəsində, zəfəran, sedrası, qızardın, şirəsini, bişsin, alınmalıdır, yağında
BİZİ İZLƏYİN