• Müsəmmaplov resepti

Reseptin məlumatları Baxış sayı: 19 421

Tarix : 24-08-2014, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mikayıl Qocayev


Tərkibi:
1 kq düyü
1 kq toyuq və ya qoyun əti
500 q badımcan
2 iri baş soğan
duz
istiot
darçın
100 q zoğal qurusu (gavalı)

Hazırlanması:
İstər toyuq, istərsə də qoyun ətini 50-60 qramlıq tikələr bölün. Suda azca bişirin. Sonra yağda qovurun. Başqa qaba yığın. Xırda badımcanları ikiyə bölün, böyükləri isə soyub 3-4 yerə uzununa doğrayın. Əti qovurduğunuz yağda qızardın, yağdan çıxarıb ətin yanına yığın.
Baş soğanı halqa-halqa doğrayıb yağda qovurun. Qızardılmış əti bir tavaya yığın, üzərinə qızardılmış badımcan, sonra soğanı düzün. Üstünə ətin bulyonundan bir az tökün, duz, istiot, darçın, zoğal (yaxud gavalı) qurusu əlavə edin. Zoğal qurusu yoxdursa, azca limon duzu səpin, qaynamağa qoyun. Vam odda 15-20 dəqiqə qaynadıqdan sonra müsəmmaplovun qarası hazır olur.
Düyünü süzün, dəmləyin. Süfrəyə müsəmma ilə birlikdə verin.

Nuş olsun!
Etiketlər: yağda, yığın, qoyun, qurusu, bölün, soğanı, sonra, halqa, gavalı, qovurun, zoğal, darçın, istiot, badımcan, toyuq, əlavə, Zoğal, limon, yoxdursa, yaxud
BİZİ İZLƏYİN