• Dadlı, ləzzətli - soyutma resepti

Reseptin məlumatları Baxış sayı: 40 107

Tarix : 24-08-2017, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
sümüklü ət,
soğan,
pomidor,
kartof,
bibər,
cəfəri,
dəfnə yarpağı,
duz, istiot,
pul bibər, sarıkök,
yağ

Hazırlanması:
Əvvəlcə sümüklü əti suda bişiririk. Bişdikcə suyun üzündən ətin kəfini yığırıq. Qazana 2-3 ədəd dəfnə yarpağı atıb, su az qalana kimi az odda bişiririk. Ət yaxşı bişdikdən sonra doğranmış kartofları əlavə edirik. Soğan və pomidoru dilim formasında, bibər və cəfərini isə zövqə görə doğrayıb, qazana əlavə edirik. Bir müddət birlikdə bişiririk və son olaraq ədviyyatları töküb, qarışdırırıq. *Qeyd. Ət çox yağlı olduqdan yağdan istifadə etmirik.

Nuş olsun!
Etiketlər: bibər, bişiririk, sümüklü, dəfnə, yarpağı, edirik, əlavə, zövqə, qazana, doğrayıb, formasında, müddət, dilim, pomidoru, cəfərini, ədviyyatları, olduqdan, yağdan, istifadə, etmirik
BİZİ İZLƏYİN