• Göbələk kürüsü resepti

Reseptin məlumatları Baxış sayı: 13 568

Tarix : 24-09-2014, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q qurudulmuş göbələk
2 yerkökü
2-3 baş soğan
bitki yağı
kərə yağı
1 st. süd
duz

Hazırlanması:
Bu təamın dadlı alınmasının bir sirri var: qurudulmuş göbələkləri suda deyil, süddə islatmaq lazımdır.
Göbələyin üstünə süd töküb 5-6 saat saxlayın, sonra üstünə çıxanadək su əlavə edin, vam odda 20-25 dəqiqə qaynadın. Göbələyi elə qaynadığı mayedə də soyudun.

Bu müddətdə soğanı kubik doğrayın, yerkökünü sürtgəcdən keçirin. Əvvəlcə soğanı, sonra yerkökünü bitki yağında qovurun.

Soyuyandan sonra göbələyi xırda doğrayın. Soğanla yerköküyə əlavə edin. Duz vurun, kərə yağı əlavə edib daha 10 dəqiqə bişirin.

Başqa ədviyyat vurmaq məsləhət deyil, çünki o, göbələklə kərə yağının ətrini "öldürür".

Nuş olsun!
Etiketlər: sonra, əlavə, deyil, doğrayın, dəqiqə, bitki, yerkökünü, üstünə, soğanı, qurudulmuş, göbələyi, yağında, keçirin, sürtgəcdən, Əvvəlcə, xırda, qovurun, Soyuyandan, vurun, yağının
BİZİ İZLƏYİN