• Balıq dadlı şabalıd resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13899

Tarix : 11.09.2014, 23:30

Bölmə : Quru yeməklər, Dolmalar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4




Tərkibi:
400 q hazır balıq filesi
2 x.q. xırda doğranmış krevetka
1 x.q. xırda doğranmış şüyüd
1 x.q. qovrulmuş soğan
duz
istiot
dondurulmuş kərə yağı
200 q ağ çörək batonu
2 x.q. un
1 yumurta
qızartmaq üçün bitki yağı

Hazırlanması:
Hazır balıq filesi: balıq ətini ət maşınından keçirin, qovrulmuş soğan və qaymaqda isladılmış çörək, çalınmış yumurta ağı, duz, istiotla qarışdırın.

İç üçün müxtəlif ərzaqlar götürə bilərsiniz - göbələk, bişmiş yumurta, kərə yağı və göyərti, pomidor və s.

İç üçün: xırda doğranmış krevetka, şüyüt və qovrulmuş soğanı qarışdırın, duz, istiot vurun.

Batonu kubik doğrayın, sobada qurudun, amma çalışın, rəngini dəyişməsin.

Unu yastı boşqaba tökün. Ayrı bir kasada yumurtanı çalın.
Əlinizi arada isti suda islatmaqla balıq qiyməsindən kotlet tutun. Ortasına 1-2 ç.q. iç, için ortasına isə bir parça dondurulmuş kərə yağı qoyun. Hamarlayın, yumru kürə düzəldin, əvvəlcə una, sonra yumurtaya, axırda da suxarılara batırın. Çalışın, suxarılar kotletin üzərini tamamilə örtsün.

Bitki yağını fritür qabına, yaxud dərin tavaya tökün. Yağ kotletin heç olmasa yarısına çatmalıdır. Kotletləri qızılı rəng alanadək qızardın (təxminən hər birini yarım dəqiqə). Sonra siniyə yığıb sobada orta temperaturda 15-20 dəqiqə bişirin.

Sonraya saxlamayın, isti-isti yeyin, çünki qızdıranda lazımi dadı vermir.
Balıq dadlı şabalıd resepti - FOTO RESEPT

Balıq dadlı şabalıd resepti - FOTO RESEPT

Balıq dadlı şabalıd resepti - FOTO RESEPT

Balıq dadlı şabalıd resepti - FOTO RESEPT

Balıq dadlı şabalıd resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: balıq, qovrulmuş, yumurta, xırda, doğranmış, tökün, dəqiqə, kotletin, sobada, qarışdırın, dondurulmuş, çörək, istiot, krevetka, filesi, soğan, dərin, üzərini, tamamilə, Bitki
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Sadece Sevdim Seni
Dadli gorsenir hazirlayib baxaram
11 sentyabr 2014 23:38
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN