• Kələmli kartof kotletləri resepti

Reseptin məlumatları Baxış sayı: 17 565

Tarix : 12-09-2014, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
un
1 x.q. bitki yağı
500 q kartof
400 q kələm turşusu
1 baş soğan
qızartmaq üçün bitki yağı
duz
istiot
1 yumurta

Hazırlanması:
Kartofu təmizləyib doğrayın, qaynayan duzlu suda 20 dəqiqə bişirin, suyu süzüb püre hazırlayın, yumurta əlavə edib qarışdırın.

Kələmin suyun sıxın, doğrayın. Soğanı xırda doğrayıb 1 x.q. bitki yağında 5 dəqiqə qovurun. Kələm və soğanı kartof püresinə əlavə edin, duz, istiot vurun, qarışdırın.

Bu kütlədən kotlet tutub una batırın, qızdırılmış bitki yağında hər üzünü təxminən 1,5 dəqiqə qızardın.
Süfrəyə xama və ya kərə yağı ilə verin.

Nuş olsun!
Etiketlər: bitki, dəqiqə, yumurta, əlavə, qarışdırın, yağında, istiot, doğrayın, kartof, olsun, verin, vurun, püresinə, soğanı, qovurun, Kələm, kütlədən, kotlet, qızdırılmış, üzünü
BİZİ İZLƏYİN