• Təndirdə toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 5 407

Tarix : 22-01-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 toyuq budu
1 x.q. yağsız qatıq
Siz burda sadəcə hind ədviyyası olan Tanduri Masala istifadə edə bilərsiz, amma tapa bilməsəz onun içindəki olanları ayrı-ayrı qata bilərsiniz.
1 ç.q. paprika acısız (bu ədviyyat qırmızılığını təmin edir)
1/2 ç.q. karri
1/2 ç.q. üyüdülmüş mixək
muskat qozu
qara istiot
quru sarımsaq
darçın
hil (üyüdülmüş)
duz
zəncəfil
1/2 limon suyu
3 x.q. günəbaxan yağı

Hazırlanması:
Toyuğun dərisi mütləq soyulur. Sonra limon suyu, günəbaxan yağı, qatiq və bütün ədviyyatlar əlavə olur. Toyuğa yaxşı sürtülür. Qabın üstünü plenka ilə bağlayıb bir gecə soyuducuda saxlayırıq. Vaxtınız azdırsa heç olmasa 1 saat qalsın.
Sonra hər toyuğun budunu ayrı ayrılıqda folqaya bükürük. Qızğın sobada 220 dərəcədə 30 dəqiqə bişiririk. Sobra folqanı açırıq və 10 dəqiqə əlavə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, limon, üyüdülmüş, dəqiqə, günəbaxan, Sonra, bişiririk, üstünü, plenka, bağlayıb, soyuducuda, Qabın, sürtülür, ədviyyatlar, Toyuğa, saxlayırıq, bütün, yaxşı, azdırsa, sobada
BİZİ İZLƏYİN