• Kartof və gülkələmli (vegetariyan) yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 2 890

Tarix : 24-01-2018, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 böyük kartof
1 orta boy gül kələmi
1 st. yaşıl noxud (bişmiş)
1 ədəd acı bibər (mən qatmadım)
1 ç.q. karri
1/2 ç.q. sarıkök
1 ç.q. cirə
1/2 ç.q. pul bibər
1 dəfnə yarpağı
duz
3 x.q. günəbaxan yağı
1 x.q. kərə yağı

Hazırlanması:
1.Gül kələmini hissələrə bölüb duzlu suda 3 dəqiqə qaynadırıq. Suyun içindən gül kələmini çıxardırıq. Suyunu atmırıq, lazım olacaq.
2.Dərin tavada kərə yağını əridirik və günəbaxan yağı əlavə edirik. İçinə bütün ədviyyatları və dəfnə yarpağı əlavə edirik. 1-2 dəqiqə qızardırıq.
3.Kartofu soyuruq və kub şəklində kəsirik.
Yağın içinə əlavə edirik və 2-3 dəqiqə qarışdıraraq qızardırıq.
4.Bişmiş gül kələmini və noxudu üstünə yığırıq və kələmdən qalan suyun bir qismini əlavə edirik.
Suyunu siz özünüz təyin edə bilərsiz. Quru istəyirsizsə az su əlavə edin, sous kimi olsun istəyirsizsə biraz çox su alavə edin. İki cürdə yeyilir. Kartof bişənə kimi bişirin.
5.Hazır yeməyin üstünə təzə keşniş səpin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, dəqiqə, kələmini, dəfnə, günəbaxan, üstünə, Suyunu, istəyirsizsə, yarpağı, qızardırıq, bibər, qalan, içinə, qismini, Yağın, suyun, kələmdən, özünüz, Bişmiş
BİZİ İZLƏYİN