• Hind quşu şnitzel resepti

Reseptin məlumatları Baxış sayı: 4 178

Tarix : 28-09-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
0,5 hind quşu
1 yumurta
4 x.q. süd
3 x.q. un
5 x.q. üyüdülmüş suxari
duz
istiot

Qarnir:
Şnitselin yanına adətən kartof püresi verilir. Mən sadəcə soyutma kartof və xamalı göbələk etdim.

Hazırlanması:
1.Hind quşu əti nazik kəsilir. Şəkildə gördüyünüz kimi böyük və nazik tikə olmalıdır.
2.Bir qabda yumurtanı və südü çırpın.
3.Suxari qırıntılarını yastı qaba tökün, unuda başka yastı qaba tökün.
4.Ətə duz və istiot səpin.
5.Əvvəl una batırın, sonra yumurta qarışımına və ən sonda suxariyə yaxşı batırın.
6.Tavaya bol yağ əlavə edin və qızdırın.
7.İki tərəfini qızılı rəngə qədər qızardın.
400 qr. göbələk
250 qr. xama
1.Dərin və qalın qazana xamanı əlavə edin.
2.Göbələyi kəsin və qaynayan xamanın içinə əlavə edin. Tez tez qarışdırın ki, dibi tutmasın.
3.Suyu çəkiləndə və qatılaşanda qazanın altını keçirdin.
4.Duz və istiot əlavə edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, istiot, kartof, yastı, göbələk, nazik, tökün, batırın, yumurta, rəngə, suxariyə, qızardın, qədər, tərəfini, Dərin, yaxşı, qızdırın, Tavaya, qızılı, xamanı
BİZİ İZLƏYİN