• Kuskuslu toyuq sobada resepti

Reseptin məlumatları Baxış sayı: 3 404

Tarix : 28-01-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 toyuq (məndə balaca 1 kg toyuq idi)
1 stakan kus-kus
1 limon
5-6 qoz
5-6 ərik qurusu

Toyuğun üstünə və içinə çəkmək üçün:
3 x.q. günəbaxan yağı
1/4 ç.q. karri (ədviyyat, olmaaa sarıkök istifadə edin)
1/4 paprika
duz
qara istiot

Hazırlanması:
1.Bütün ədviyyatları və yağı qarışdırıb qoyuruq qırağa.
2.Kuskusu yaxşı yuyuruq. Ərik qurusunu və qozu hərəsini 4 yerə bölüb içinə əlavə edirik. Limonun yarısını kus-kusa sıxırıq. Duz səpirik. Axırda üstünə 1 stakan qaydar su töküb qoyuruq qırağa.
3. Toyuğu yaxşı yuyuraq, artıq yerlərini kəsirik. Toyuğu qurulayıb, düzəltdiyiniz ədviyyatlı qarışımla yaxşı sürtürük. İçinədə yaddan çıxarmırıq.
4.Kuskusla toyuğumuzu doldururuq. Bizdə limonun yarısı qalıb, onunla toyuğun içini bağlayırıq. 200 dərəcəyə isinmiş sobaya 1 saata qoyuruq.
5.Sizdə kus kus artıq qalacaq, onu əlbətdə istifadə edirik.
Toyuq 1 saat bişəndən sonra yağ və su buraxacaq. Onu sobadab çıxardırıq və yanina əlimizdəki kus-kusu qoyuriq. Üstünə biraz su əlavə edirik. Və 15 dəqiqə daha sobada bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, yaxşı, qoyuruq, artıq, istifadə, Toyuğu, toyuq, içinə, stakan, qırağa, əlavə, üstünə, toyuğun, dərəcəyə, bağlayırıq, onunla, içini, limonun, Kuskusla, çıxarmırıq
BİZİ İZLƏYİN