• Qarabaşaq resepti

Reseptin məlumatları Baxış sayı: 7 302

Tarix : 11-10-2017, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 st. qarabaşaq
150 qr. çəkilmiş quzu əti
150 qr. çəkilmiş mal əti
1 baş soğan
1 st. pomidor öz sokunda (təzə pomidor və tomatla əvəz edə bilərsiz)
1 ç.q. cirə
1/2 ç.q. paprika
1 ç.q. oregano
1/2 ç.q. tmin
duz
istiot
günəbaxan yağı
kərə yağı

Hazırlanması:
1.Qarabaşaq suda təmiz yuyulur, suyu tam süzülür. İçinə 2 x.q. günəbaxan yağı əlavə olunur və orta xodda 3 dəqiqə qarışdıraraq qızardılır. 1 ç.q. duz əlavə olunur.
Üstə su əlavə olunur, su qarabaşaqdan 2 barmaq çox olmalıdır. Suyu tam çəkiləndə 1 x.q. kərə yağı əlavə olunur və altı keçirilir. 30 dəqiqə bağlı qapaqla dəmdə qalır. Bu cür qarabaşaq dən-dən qalır və dadı gözəl olur
2.Çəkilmiş quzu və mal ətinə bütün ədviyyatları əlavə edirik. Üstünə 2 x.q. günəbaxan yağı tökürük və yaxşıca qarışdırırıq.
Əlimizlə eyni boyda orta küftəciklər edirik.
Tavaya günəbaxan yağı əlavə edirik və küftəcikləri hər tərəfli 5 dəqiqə ərzində qızardırıq.
Küftəcəkləri tavadan başka qaba qoyuruq. Tavadaki yağı atmırıq
İçinə bir baş soğanı dörd yerə bölüb kəsirik. Soğan rəngini dəyişənə kimi qovururuq.
İçinə öz sokunda olan pomidorları əlavə edirik, 5 dəqiqə bir yerdə bişiririk. Düz və istiot səpirik. Sonra küftəcikləri əlavə edirik və 30 dəqiqə az xodda bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
BİZİ İZLƏYİN