• Tərəvəz dolması resepti

Reseptin məlumatları Baxış sayı: 9 211

Tarix : 21-10-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
6 balaca boy badımcan
6 pomidor
3 bolqar bibər
kərə yağı

İçlik:
500 qr. sümüksüz quzu əti
2 baş soğan
sarıkök
duz
istiot

Hazırlanması:
1. Badımcanların saplağını kəsirik, ortadan biçaqla biraz kəsirik. Kəsdiyimiz yerə duz sürtürük və qızğın tavada hər tərəfli qızardırıq. Alt hissəsi yumuşalanda demək ki, hazırdır.
Suda bişmiş badımcanı qəti bəyənmirəm, amma seçim sizindir.
2.Pomidorları alt hissəsindən papaq kimi kəsirik, amma sona kimi yox.
Üst hissəsindən kəsmək düz deyil, bu halda pomidor bişəndə dağılır. İçindən ortasını çıxardırıq, amma atmırıq. Ətin içinə əlavə edəceyik.
3.Bibərlərin ustundən papaqlarını kəsirik, sona kimi yox. İçini təmizləyirik. Tavada günəbaxan yağıda hər tərəfli biraz qızardırıq.
4.Əti bacardığınız qədər xırda-xırda doğrayın. Soğanı xırda-xırda doğrayın və ya blendordan keçirin.
Tavaya qoyun və suyu buraxmasını gözləyin. Öz suyunda bişməlidir. Suyu çəkiləndə biraz günəbaxan yağı və pomidorun içliyini əlavə edin. Biraz qızarandan sonra ədviyyatları səpin və yaxşı qarışdırın. Altını keçirdin və soyumasını gözləyin.
5.Bütün tərəvəzdərin içini ətnən doldururuq.
6.Dərin və qalın qazanın içinə əvvəl badımcanları, sonra bibəri ən sonda isə pomidorları yığırıq.
Üstünə kərə yağı əlavə edirik. Az xodda təhmini 30 dəqiqə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: xırda, kəsirik, biraz, əlavə, içinə, qızardırıq, hissəsindən, sonra, tərəfli, gözləyin, doğrayın, pomidor, günəbaxan, içliyini, səpin, Biraz, qızarandan, Soğanı, ədviyyatları, pomidorun
BİZİ İZLƏYİN